Bu gün dövlət çevrilişinə cəhddə təqsirləndirilən Səid Dadaşbəylinin dəstəsinin işi üzrə müdafiə komitəsi mətbuat konfransı keçirib.
Tədbirdə çıxış edən komitənin sədri və Səid Dadaşbəylinin anası Qətibə Qarayeva oğlunun 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduğunu deyib: "Səid Dadaşbəyli 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun günahı yoxdur. Dörd ildən çoxdur oğlumun azadlığa buraxılmasını gözləyirik. Guya Səid Dadaşbəyli dövlətə çevrilişə cəhd edib. Mən Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza ilə iki dəfə görüşmüşəm. Mən qarşılaşdığımız bütün qanunsuzluqları səfirə dedim”.
Dəstə üzvü Rasim Kərimovun anası İradə Kərimova oğlunun hadisə baş verən vaxt Həcc ziyarətində olduğunu deyib: "Həmin vaxt oğlum mənə z
... Читать дальше »