Altıncı əsrdən xəbər verən bu kənd, Talış Sıra Dağlarının qoynunda, Masallı rayonun ərazisindədir.
Piəkon kəndinin çox qədim tarixə malik olması barədə ətraf kəndlərdə məlumatı olmayan as adam tapılar. Müasir dövrümüzdə Talış zonasında bir çox kəndlərin sanki düşünülmüş siyasət nəticəsində asimliyasiyaya məruz qalması, bölgənin coğrafi xəritəsindən tamamilə silinməsi artıq sirr deyil.
Uzaq keçmişdə "Sığəçolə”, "Ğəntur”, "Vərsəmon” kəndləri barədə indi çoxömürlü qocalarımız həsrətlə yad edib, gənc nəsilləri sanki nağıllar dünyasına aparırlar. Sözügedən kəndlərə dövlət qayğısının olmaması, nəticəsində kənd sakinləri hissə-hissə köçüb, doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. SSRİ hakimiyyətinin QOELRO-planı da bu kəndlərə heç bir töhfə vermədi. Sivil dünyamızda isə bu günkü DİCO kəndi yolsuz, işıqsız, qazsız, məktəbsiz, səhiyyəsiz olduğundan tamamilə asimiliyasiya olmuşdur. Hazırda bu kənddə beşcə ev qalmışdır. Bu kəndin on bir gənci Qarabağ müharibəsinin iştirakçısı olsalar da dövlətin bütün imtiyazlarından məhrumdurlar. Bu gün orda doğulan uşaqların "doğum şəhadətnaməsinə” DİCO kəndi deyil, qonşu Kubin kəndinin adı yazılması bir həqiqətdir. Beləcə gözümüzün önündə DİCO kəndi bilərəkdən asimliyasiya edilir. Yurdunu, dədə-baba məzarlığını qoruyan beş evin sakinləri olan Xamiyevlər nəsli şəraitsiz ucbatından zülüm çəkməkdədirlər. Görünür bu zavallıların günahı vətənə sadiq olmalarından qaynaqlanır.
Dico kəndini günün gerçək faktı kimi göstərib, anoloji vəziyyətdə altıncı əsrdən bəri digər adların çəkdiyim kəndlər bu sayaq asimiliyasiyaya məruz qalaraq, yalnız xatirələrdə yaşamaqdadır. Piəkon kəndinin qədim sakinlərinin bir qismi həmin kənd yerini qoruyub saxlamaq məqsədi ilə oranı "pir-ocaq” kimi qoruyurlar. Talışların bu qədim yaşayış məskənlərindən biri olan Piəkonda çoxlu maraqlı qəbir daşları vardır ki, üzərində olan naxışları ilə diqqəti cəlb edir. Hələ doxsanıncı illərdə bu məkan çox sıx meşəliklə əhatə olunmuşdu. Hazırda iri gövdəli nadir ağaclardan olan "dəmir ağacı”, "nil”, "üləs”, və palıd ağacları rayon meşə təsərrüfatı idarəsinin rüşvətxor rəhbərliyi tərəfindən xüsusi amansızlıqla doğranıb, məhf edilməkdədir.
Maraqlı budur ki, belə faktları dilə gətirib ictimailəşdirən hansısa talış millətinin nümayəndəsi, hakimiyyət dairələrinin qəzəbinə tuş gələrək, ya "separatçı” ya da əcaib cinayətkar maddələrlə ya ittiham olunur, ya da təqib altında yaşamağa məhkum edilir.
Dünyanın hər yerində inkişaf və tərəqqi vüsət aldığı bir vaxtda, Talış kəndlərinin bu cür boşaldılıb, əhalisi bir tikə çörək dalınca müxtəlif ölkələrə öz ayaqları ilə, məcburiyyət üzündən deportasiyaya və asimiliyasiyaya məruz qoyulmasına məgər Azərbaycan hakimiyyəti məsuliyyət daşımırmı?...
Çox müəmmalı məsələlərdən biri kimi deməliyəm ki, rayona gələn bütün İHB-ı talışların bu qədim yaşayış məskənlərini özəlləşdirmək "iştahasına” düşmələridir.
Belə olan halda, düşünməyə əsas yaranır ki, insanlar rayon rəhbərliyinin düşünülmüş asimiliyasiya "siyasətinin” qurbanlığına çevrilirlər. Dəyişdirilməsi mümkün olmayan adları çəkilən kəndlər beləcə yerlə-yeksan edilir. Səbəbi isə "anlaşılmaz” olaraq hələki gündəmdədir.
Mətləb Dadaşov, Azərbaycan Yurnalistlər Birliyinin üzvü 15 dekabr 2012-ci il
|