Altıncı əsrdən xəbər verən bu kənd, Talış Sıra Dağlarının qoynunda, Masallı rayonun ərazisindədir.
Piəkon kəndinin çox qədim tarixə malik olması barədə ətraf kəndlərdə məlumatı olmayan as adam tapılar. Müasir dövrümüzdə Talış zonasında bir çox kəndlərin sanki düşünülmüş siyasət nəticəsində asimliyasiyaya məruz qalması, bölgənin coğrafi xəritəsindən tamamilə silinməsi artıq sirr deyil.
Uzaq keçmişdə "Sığəçolə”, "Ğəntur”, "Vərsəmon” kəndləri barədə indi çoxömürlü qocalarımız həsrətlə yad edib, gənc nəsilləri sanki nağıllar dünyasına aparırlar. Sözügedən kəndlərə dövlət qayğısının olmaması, nəticəsində kənd sakinləri hissə-hissə köçüb, doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. SSRİ hakimiyyətinin QOELRO-planı da bu kəndlərə heç bir töhfə
... Читать дальше »