Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 5 » Mirzə Xəzərin nəşriyyatları partladan kitabı
19:03
Mirzə Xəzərin nəşriyyatları partladan kitabı
Fikir vermişəm, hökumətdən pay uman tanınmışların əksəriyyəti yubileyləri ərəfəsində özlərini "yuxarıların” yadına salmaq üçün hətta "düşmən qapısı”nı döyməkdən - bəyənmədikləri qəzetin, saytın, telekanalın ayağına düşməkdən də utanıb çəkinmirlər. Çox təəssüf ki, elələrinin üzünə bəzən güvəndiyimiz QAPIlar da açılır. Olsun!

Dəyərli ziyalı Həmidə xanım Məmmədquluzadə Mirzə Cəlil haqqında xatirələr kitabında yazır ki, maddi çətinliklər üzündən bəzən "Molla Nəsrəddin”də qaloş, qrammofon, ümumiyyətlə, jurnala dəxli olmayan əşyaların reklamları yerləşdirilirdi. Zatən, qüruru olmayan adam da qaloş, qrammofon kimi bir əşyadır, harda gəldi özünü reklam edir. Dahi Viktor Hüqo qürurlu olduğuna görə onu günahlandıranlara deyirdi: "Bəli, mən qürurluyam! Mənim qürurum - mənim gücümdür!”. Indi özünü "dahi” sayanlardan kim deyə bilər ki, bəli, mən qürurluyam, heç vaxt, heç kimin qarşısında əyilmərəm, sınmaram. Deyə də bilməz, çünki kimin nə qədər əyildiyini, burnunun yerə necə dəydiyini xalq yaxşı görür. Əyilən, sınan, şöhrət üçün hər cür rəzillik edənlərin uzun növbəsinə baxanda heç üzülmürəm də. Çünki qürurlu dostların əhatəsindəyəm. Onlar o qədər uca və nəhəngdirlər ki, özümü ölkə içində ölkədə hiss edirəm. Fransızların qürurlu Hüqoları varsa, bizim də heç kimə boyun əyməyən, həmişə, hər yerdə çəkinmədən sözünü deyən, haqq-ədalət uğrunda savaşan Mirzə Xəzərimiz var. Mirzə Xəzər onu sevənlər üçün həmişə sözü və əməli ilə "bənzərəm bir qocaman dağa ki, dəryada durar” oldu.
 
Oktyabrın 29-u Mirzə müəllimin 65 yaşı tamam olsa da, bu haqda nəinki sayı tirajından çox olan qəzetlərdən birində, heç "Mirzə Xəzərin Səsi”ndə də kiçik bir təbrik getmədi. Ən azı, Mirzə müəllim həmin gün ona gələn minlərlə təbrikdən bir neçəsini "Mirzə Xəzərin Səsi”ndə yerləşdirə bilərdi. Amma o, nə özünü, nə doğum gününü zorla, reklamla yada salanlardan deyil. Çünki o, Vətənə, insanlara ürəkdən, təmənnasız xidmət edir. Əslində, rəsmi mənbələrdə Mirzə Xəzərin doğum tarixi - 29 noyabr yazılıb. Amma böyük sevgilərin qarşısını nəinki rəsmi sənəd, heç qorxulu uçurum da kəsə bilməz: oktyabrın 29-u Mirzə Xəzər aşiqləri əvəzsiz INSANa dünyanın müxtəlif yerlərindən qucaq-qucaq təbriklərini yollayırdılar. Həmin gün Mirzə Xəzərin "Facebook” səhifəsində elə xoş əhval-ruhiyyə var idi ki, özümü doğum günü qutlanan bir məclisdə hiss etdim: dəstə-dəstə çiçəklər, üstündə şam yanan tortlar, dolmuş qədəhləri Mirzə müəllimi sevənlər səhifəsinə düzmüşdü. Təbrik edənlərin əksəriyyəti jurnalistlər idi və çoxunun təbriki "Əziz Ustad, Təbrik edirəm!” sözləri ilə başlayırdı.
 
Vaqif Azəryarın da Ustada təbriki çox maraqlı idi: "Gününüz xoş, kefiniz saz olsun! Ağrımayın! Sağ-salamat, şad-xürrəm olun! Çox yaşayın, ÖZÜNÜZ olun, bu bizə bəsdir, Sizə də nə bəsdirsə, qismətinizdən əskik olmasın! Bizi gözləyən xoş günləri bir yerdə görək. Görəcəyik, əminəm. Yorulmayın!!!”.

Beş ildən çoxdur "Mirzə Xəzərin Səsi” qəzeti ilə əməkdaşlıq edirəm və bu illər ərzində Mirzə müəllimın həmişə ÖZÜnü gördüm: mədəni, alicənab, diqqətli, qayğıkeş, haqqın yanında olan, qorxmaz, cəsur Ustad! Qeyd edim ki, Mirzə Xəzər vəkil kimi də peşəsinə sadiqdir: qanunların, insan haqlarının tapdalanmasına heç vaxt imkan vermir. O, ölkəmdə mənə hücum edən bişərəflərə Almaniyadan "şillə” vuraraq, onları dəfələrlə yerlərində oturdub. Sağlığını təhlükəyə ataraq, uzaqdan-uzağa məni həm bir redaktor kimi, həm də vəkil kimi qoruyub, qayğımı çəkib. Övladlarımın yanında, ocağımın başında, qələmimin əlimdə olmağıma görə Ustada - Mirzə Xəzərə minnətdaram!

Yeri gəlib, etiraf edim ki, canımdan çox istədiyim bir insanın bu yubiley günlərində çox utandım. Mən Mirzə Xəzərin 65 illiyinə, Ustadın arxivi əsasında hazırladığım "Mirzə Xəzərin Səsi və Sözü” kitabını hədiyyə etmək istəyirdim. Keçən il bu vaxtlar idi, Mirzə müəllimə fikrimi bildirdim və kitabı hazırladım. Amma təəssüf ki, kitabı hansı nəşriyyata yolladım, orda "partlayış” oldu, nəşriyyat direktorları "bombanı” obyektlərindən sakitcə, səssiz-səmirsiz uzaqlaşdırdılar. Olsun! Kitab çıxartmağa, heykəl qoydurmağa, medal almağa elə adamlar tələsir ki, onlar qazandıqları saxta şöhrəti itirməkdən qorxurlar. Çünki bilirlər, gözə girməsələr, unudulacaqlar! Mirzə Xəzər isə çox arxayındır, seçilənlərin, sevilənlərin içində unudulmaq həyəcanı olmur! Kitabı hazırladığım müddətdə Ustadın dediyi kimi "mən tələsmirəm, vaxtımız hələ çoxdur...”.
 
P.S. Əziz Mirzə müəllim, bu yazını doğum gününüzə hədiyyəm kimi qəbul etməyin! Mənim Sizə hədiyyəm üç övladımın və mənim üzümdəki təbəssümdür. Çünki Sizin üçün ən dəyərli hədiyyə insanların üzündəki təbəssümdür...

Məlahət Ağacanqızı,
"Azadlıq" qəzeti 4.11.2012


Категория: Dünyada | Просмотров: 1696 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus