Fikir vermişəm, hökumətdən pay uman tanınmışların əksəriyyəti yubileyləri ərəfəsində özlərini "yuxarıların” yadına salmaq üçün hətta "düşmən qapısı”nı döyməkdən - bəyənmədikləri qəzetin, saytın, telekanalın ayağına düşməkdən də utanıb çəkinmirlər. Çox təəssüf ki, elələrinin üzünə bəzən güvəndiyimiz QAPIlar da açılır. Olsun!
Dəyərli ziyalı Həmidə xanım Məmmədquluzadə Mirzə Cəlil haqqında xatirələr kitabında yazır ki, maddi çətinliklər üzündən bəzən "Molla Nəsrəddin”də qaloş, qrammofon, ümumiyyətlə, jurnala dəxli olmayan əşyaların reklamları yerləşdirilirdi. Zatən, qüruru olmayan adam da qaloş, qrammofon kimi bir əşyadır, harda gəldi özünü reklam edir. Dahi Viktor Hüqo qürurlu olduğuna görə onu günahlandıranlara deyirdi: "Bəli, mən qürurluyam! Mənim qür
... Читать дальше »