Главная » 2011»Июнь»17 » Milli məfkurəmizin ulduzları: Vladimir Lenin, Heydər Əliyev, Ramiz Mehdiyev
22:31
Milli məfkurəmizin ulduzları: Vladimir Lenin, Heydər Əliyev, Ramiz Mehdiyev
Vladimir Lenin, Heydər Əliyev, Ramiz Mehdiyev. Milli məfkurəmizin təməlini qoyub inkişaf etdirənlər bu şəxslərdir. Bunu, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” adlı "qiymətli” əsərində "faktlar” əsasında açıb göstərir. Məmməd Əmin Rəsulzadəyə yer yoxdur. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən akademik Ramiz Mehdiyev əsərin əvvəlində iftixar hissi ilə yazır: "V.İ.Lenin dəfələrlə bildirmişdir ki, "hər cür xırda burjua və liberal burjua millətçiliyi fəhlələr arasına pozğunluq gətirir, zəhmətkeşlərin parçalanmasına, aldadılmasına kömək edir, onların beynəlmiləlçi ruhunda tərbiyəsini, proletar sinfi mübarizə işini çətinləşdirir" .
Əsərinin bir yerində 70-ci illərin Azərbaycanında ateizm işinin səmərəliliyi yüksəldilməsi barədə fikirlərini qələmə alan Mehdiyev 19 səhiifədən sonra "İdeoloji mübarizə və milli məsələ”nin izahatını verir. 16 səhifəni bu mövzuya həsr edəndən sonra akademik Mehdiyev milli məfkurənin və müstəqilliyimizin təməlini bizə nişan verir və "Sosialist millətlərinin dil həyatında beynəlmiləlləşmə prosesinin inikası" yazısında dahiyanə fikirlər söyləyir. Ramiz Mehdiyevin əsərinin və milli məfkurəmizin təməl daşını isə onun "Sosialist beynəlmiləlçiliyi və yeni təfəkkür” adlı tezisləri təşkil edir. Sosializm beynəlmiləlçiliyini mədh edən Mehdiyev öz kommunist şüurunda böyük tarixi dönüş yaradaraq "Azərbaycan milli dövlət quruculuğu yolunda” əsərini yazır. Və sonra "Elimizin və dilimizin xilaskarı” və "Müstəqil Azərbaycan dövlətçiliyinin memarı” yazıları ilə əsl milli məfkurənin şəxsiyyətə pərəstiş, bütpərəstlik, itaətkarlıq və feodalizm məfkurəsi ilə əvəz olunduğunu sübut edir. 2006-cı ildə çapdan çıxan bu kitab qəribə kitabdır. Bu, necə deyərlər, "seçilmiş əsərlər”də milli məfkurənin təməlini qoyan və onu formalaşdıran Məmməd Əmin Rəsulzadə kimi dahi şəxsiyyətlərimizin adının çəkilməməsi müəllifin qərəzkarlığını göstərir, kitabın keyfiyyəti barədə qabaqcadan fikir yürütməyi və onun qeyri-obyektiv mahiyyətini dərk etməyi asanlaşdırır. Müəllifin milli məfkurənin təhlilinə millətçiliyi və milli olan nə varsa hər şeyi damğalamaqla başlayıb quldarlıq dövrünün məddahlıq ənənəsini dirildərək bütpərəstliyi ideologiya kimi təbliğ etməsi onun və təmsil etdiyi siyasi elitanın məfkurəsizliyini nümayiş etdirir.
Как Рамиз Мехтиев так и большинства ,,ученых,, Азерб-на занимаюшие солидные посты ,,глядят в книгу, а видят фигу,,!!! Азерб.-н управляется таким идеологлогом т.е. идиотом!