Vladimir Lenin, Heydər Əliyev, Ramiz Mehdiyev. Milli məfkurəmizin təməlini qoyub inkişaf etdirənlər bu şəxslərdir. Bunu, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” adlı "qiymətli” əsərində "faktlar” əsasında açıb göstərir. Məmməd Əmin Rəsulzadəyə yer yoxdur. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən akademik Ramiz Mehdiyev əsərin əvvəlində iftixar hissi ilə yazır: "V.İ.Lenin dəfələrlə bildirmişdir ki, "hər cür xırda burjua və liberal burjua millətçiliyi fəhlələr arasına pozğunluq gətirir, zəhmətkeşlərin parçalanmasına, aldadılmasına kömək edir, onların beynəlmiləlçi ruhunda tərbiyəsini, proletar sinfi mübarizə işini çətinləşdirir" .