Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Январь » 13 » Millətlərin Babək sevgisi
22:30
Millətlərin Babək sevgisi
2011 il həm də Azərbaycanda Babək sevgisi ilə yadda qaldı. Əslinə qalsa hər bir insan üçün hansısa il əbədiyaşarlıq qazanır. Bəziləri üçün doğulduğu il, bəziləri üçün ailə qurduğu il, bəziləri üçünsə diplom aldığı, vəzifəyə təyin olunduğu, lotereyada udduğu, övladına toy etdiyi, əsərinin işıq üzü gördüyü və daha çox da millətindən kimlərinsə dünyanın tanınmışına çevrildiyini görmək yaddaqalan olur, varlığına qürur gətirir. Bütün bunları başa düşmək çətin deyil. Bəs hansısa min il əvvəllərdə yaşamış birinə birdən birə yüksək sevginin yaranması nə deməkdir. Özü də bu dahi Babək Xürrəmi ola. Onun haqqında o qədər romanlar, povestlər, şerlər yazılıb, elmi əsərlər ortaya çıxarılıb ki, bir yerə yığsan böyük bir kitabxananı doldurmaq olar. Hələ onu demirəm ki, yüzlərlə adam ondan yazdığı elmi əsərlərlə "doktor, akademik” səviyyələrinə yüksəlib.

Keçən əsrin 70-ci illərində Cəlal Bərgüşad adlı bir yazıçı "Siyrilmiş qılınc” adlı böyük həcmli roman yazmaqla sübut etdi ki, Babək Xürrəmi milliyyətcə kürd olub, kürd dövlətinin başında durub və ərəb xilafətinə, onun gətirdiyi İslam dininə qarşı 61 illik amansız müharibələrin 22 ilinə rəhbərlik edib. Bundan hiddətlənən türk alimləri qalın-qalın çoxcildli romanlarla sübut etdilər ki, Babək Xürrəmi kürd yox, türk olub, Naxçıvandakı Əlincə qalası da, Savalan ətəklərindəki möhtəşəm qalalar da türk qalalarıdır və bu da sübut edir ki, Babək məhz türk xalqının mərd, mübariz, dahi qəhrəmanıdır. Hətta haqqında maraqlı bir film də çəkildi – "Babək” filmi.

Sanki hər şey bitdi kimi görünürdü ki, Moskvada yaşayan bir talış alimi işıq üzünə geniş həcmli bir əsər çıxarıb inandırdı ki, Babək Xürrəmi nə kürd, nə də türk olub, Babək Xürrəmi talış olub, ərəb xilafətinə qarşı 22 il talış hökmdarı olaraq mübarizə və müharibələr aparıb, ən böyük qalası da Lənkərandakı "Babək” (Bəlləbur) qalasıdır. .

İndi artıq mənim üçün elə bir önəmi yoxdur, Babəkin hansı millətdən olmasının. Bu məsələyə də toxunmaq istəmirəm, mənim üçün önəmi olan Babəkin kimlərə qarşı, hansı məqsədlərlə çoxillik amansız və qanlı müharibələr aparması, və nə səbəbdən bu üç millətin alimlərinin onu özününküləşdirmək cəhdləridir.

Hər üç millətin ədəbi-elmi mənbələrində göstərilir ki, Babək, Cavidan öləndən sonar hakimiyyətə yiyələndi və Ərəb xilafətinə, ərəb işğalına, ərəblərin gətirdikləri dini təlimə qarşı müharibələri daha sürətlə apardı, işğal edilmiş əraziləri daha da genişləndirdi.

Aydındır ki, ərəblərin dini təlimlərinin əsasını İslam dini təşkil edirdi. Bu din Məhəmməd peyğəmbərə göndərilmiş Allah kəlamlarına (Qurani-Kərimə) əsaslanır və insanlara Allahın qoyduğu qanunlarla yaşamağı öyrədir. "Ərəb işğalı” dedikdə isə mənbələrdə "işğal” adında heç nəyin olmadığı görünür. Biz oxumuş və görmüşük ki, işğal tarixın müxtəlif dönəmlərində baş verən və min illər keçsə belə unudulmayan qeyri insani dəhşətli hadisələrdir. Teymur Ləng dünyanın ən möhtəşəm sivil mərkəzləri olan Şam, Təbriz və Bağdad şəhərlərini yandırıb külə döndərdi, ingilislər Şimali Amerikada hinduların kökünü kəsdilər, Hindistanı qanına qəltan edib maddi-milli sərvətlərini İngiltərəyə daşıdılar, Fransızlar Əlcəzairdə yerli əhalini diri-diri toplum məzarlara doldurub üstlərini torpaqladılar, Alman faşistləri SSRİ-də 20 milyon insanın həyatına son qoyub, 50 milyonunu da ömürlük şikəst yaşamağa məhkum etdilər və s. və i.a. İşğal deyəndə görmüşük ki, ermənilər azərbaycanlıları həm Ermənistandan, həm də Azərbaycan ərazilərindən zorla didərgin salaraq qaçqına-köçkünə çevirib, ata-baba yurdlarında bayquş uladırlar. Xocalıda bir geçədə 631 nəfər uşaq, qoca və qadınları qanlarına qəltan ediblər. Tarixin belə işğallarını saymaqla qurtarmaq mümkün deyil.

Bəs "ərəb işğalı” deyiləndə nələr nəzərdə tutulur? Bunların işğalı o idi ki, Allah öz kitabını göndərib, sizlər də bu kitabı qəbul edin ki, birincisi, qəlbinizdə Allaha və onun yaratdıqlarına məhəbbət olsun, yaşamınızda əzab-əziyyətləriniz olmasın, varlığınıza seytan hakim kəsilməsin, bir-birinizə məhəbbət və sayğı ilə yaşayın. İkincisi, qundarma, batil inanclarınızdan əl çəkəsiniz. Qısası "ərəb işğalı” bu deyildimi? Bu ki, işğal yox, sayğı və hörməti- izzətdir. Bəs onda Babək, Xürrəmilər dövlətini nədən bu təlimləri gətirənlərə qarşı müharibələrə qaldırıb qırğınlar törədir, qan tökür, kəndləri, şəhərləri müharibə meydanlarına çevirirdi? Məgər İslam dinindən daha mükəmməl, daha inandırıcı dinəmi sahib idilər xürrəmilər?

Gəlin bu məsələyə də balaca bir aydınlıq gətirək: Xürrəmilik - ruhi kamillik prinsiplərinə, yəni insanın ruhən və cismən heç nədən asılı olmadan dilinin, elinin və belinin mütləq sahibi, şəriksiz ağası olması fəlsəfəsinə söykənən ideoloji təlim, mütləq yaşam normativləri anlamına gələn əlahiddə bir din idi. Kökləri e.ə. IV minillikdə yaranmış Zərdüştiliyə dayanırdı. "Xürrəm” sözünün çoxsaylı mənalarından biri "şən, şad, şəhvətpərəst” deməkdir.

Əbu Müzəffər İsfəraini yazır: "Hicri I əsrin başlanğıcında İran əsilli Atəşpərəstlər, İran-Azərbaycan arasındakı bölgədə siyasi iqtidarı əllərinə keçirib, bölgənin ictimai-siyasi simasında deformasiyalar əmələ gətirdilər. İslama qarşı atəşpərəst əqidələriylə döyüş və mübarizə dövrü başlandı. Bu dövrdə Gulatı şiələrindən olan "əl-Babəkiyyə əl-Xürrəmiyyə” təriqəti aşağıdakı dörd qanunu qəbul edərək atəşpərəstlərin Mazdekilik missiyasını ortaya qoydular: 1. Siyasi iqtidarı ələ keçərmək. 2. Ricət əqidəsini yaymaq; 3. Atəşpərəstliyin Nur və Zülmət ilahlarına inanmaq; 4. Qadının ortaq mal olduğunu qəbul etmək”.

Xürrəmilər bir tərəfdən zərdüştilikdəki kimi qan qohumları ilə nigaha girir, o biri tərəfdən isə ailəni rədd edərək, qadınlardan ümumi şəkildə istifadə edirdilər. Onlar bütün vaxtlarını şən musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirdilər. Əbu Müzəffər İsfəraini əlavə edir: "Hər iki cinsdən olan babəkilər ildə bir gecə dağda musiqi və mey məclisinə toplaşıb, pozğun işlər görərdilər. Sonra çıraqları söndürüb, püşklə bəxtlərinə düşən qadınları yataqlarına salardılar."

Xürrəmilərin prinsiplərinin əsas etizaz forması "Ənəl Həqq” – "Allah mənim içimdədir” şəklində ifadə edilirdi. . Xürrəmiliyin ardıcıllarına "müxəmmirə” və ya "sürxələm” – "qırmızı bayraqlılar” deyirdilər. Tarixdə ilk dəfə yadellilərə qarşı qırmızı geyimdə və qırmızı bayraq altında çıxış edənlər xürrəmilər olmuşlar.

İslam üçün real təhlükə olan "ənəl həqq” tezisinin ilk müəllifi - Mənsur Həllac olub və o, 922-ci ildə xüsusi işgəncələrlə edam edilmişdi. Babək Abbasi xəlifəsi Midəsim zamanında hakimiyyətini elan edərək üsyana və müsəlmanlara qarşı amansız müharibələrə başladı. İslam dinini qəbul etmiş kəndlər yandırılır, əhali kütləvi şəkildə qırılırdı. Xilafətə və islam dininə böyük təhlükə yaranmışdı.

Xürrəmilər islamın və xüsusi mülkiyyətin əleyhinə çıxır, torpağı kəndlilərə vermək, maddi nemətləri bərabər bölüşdürmək ideyası irəli sürürdülər. Məhz buna görə, xürrəmiləri vaxtilə həmin ideyalar uğrunda vuruşmuş məzdəkilərin ardıcılı hesab edirdilər. Məzdəkilərin çəmiyyəti əxlaqsızlığa, pozğunluğa sürükləmələri isə bir neçə əsr əvvəl sübut olunmuşdu. Nizamülmülk yazırdı: "Xürrəmdin və Məzdək məzhəbi qardaşdı. Onlar gizlində sözü bir yerə qoyur, hər gün bu məzhəbləri təkmilləşdirib bir-birinə daha çox yaxınlaşırdılar” (Nizamülmülk "Siyasətnamə” 1989 səh.167).

Akademik Ziya Bünyadov tədqiqatlarının nəticəsi olaraq yazır: "Babək bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştilik və məzdəkiliklə əlaqədar qayda-qanunların bərpasına can atmışdır”

Mən bu qeydlərimlə xürrəmiliyin mahiyyətini tam açmaq niyyətində deyiləm. Məqsədim ümumu təsəvvür yaratmaqdır. Babəkin Şam şəhərində edamından sonra xürrəmiliyə sitayiş edənlər İslam dinini hamılıqla qəbul etdilər. Yeri gəlmişkən bir müqayisə də aparmaq istərdim: XVI əsrin əvvəllərində rus çarı İvan Qroznı Həştərxan, Kazan və Krım müsəlmanlarının xristianlığı məcburi şəkildə qəbul etmələri haqqında fərman verir. Fərman xristianlığı könüllü qəbul edən müsəlmanlara imtiyazlar vəd edir, onları ağır vergilərdən azad edilir, onlara torpaq paylanırdı. Dinindən dönməyənlərə divan tutulur, var yoxdan çıxarılır, təqib və təzyiqlərə məruz qoyulur, hətta məhv etdirirdi. Sonradan İvan Qroznının başladığı bu siyasətn oğlu Fyodor daha amansızlıqla davan etdirir, hətta məscidlərin sökülməsi haqqında belə fərman imzalayır. Bütün bunlar azmış kimi Çariça Yelizaveta müsəlmanlar yaşayan ərazilərə xristian rusların kütləvi köçürülmə əməliyyatlarını da həyata keçirmişdi.

Bütün bu dəhşətli və ağlagəlməz zorakılıqların nəticəsində 200 il müddətində 150-200 min insanı xristianlaşdırmaq mümkün olmuşdu. Lakin Rusiyada 1823-cü ilin dini islahatlarından sonra xristianlaşmış müsəlmanlar yenidən İslam dininə qayıtmışdılar.

Bu məlumatlara istinad etməkdə məqsədim Xürrəmiliklə İslamı müqayisə etməkdir. Xürrəmilik batil inanclara malik din olmaqla insan həyatının ilahi tələblərini ödəyə bilməyən din idi və "ərəb işğalı” deyilən müharibələr də insanlara, toplumlara, ölkələrə bunu sübut etmək istəyirdi. Belə olmasaydı Babəkin edamı ilə bütün xürrəmdinlər hamılıqla İslamı qəbul etməzdilər. Belə olmasaydı 200 illik zülmlərin təsirindən müsəlmanlar dinlərindən dönərdilər.

Qayıdaq yenidən millətlərin Babək sevgisinə. XVII-XIX əsr mənbələrində Babəki milli qəhrəman kimi təqdim edən məlumatlara rast gəlmədim. Bu dövrlərin yazılı sənədlərində o qəhrəman kimi deyil, istilaçı dövlət başçısı, hərəkat rəhbəri kimi təqdim edilir. Babəkə milli qəhrəman obrazı 70 illik Sovet dönəmində verilib və mahiyyət etibarı ilə sovet hakimiyyətinin siyasi ideologiyasına uyğun səciyyələəndirilib. Bu dönəmdə Lenin, Stalin, Şaumyan, Əzizbəyov, Caparidze, Fioletov, Kirov və yüzlərlə belələri millət qəhrəmanlarımız idilər. Adlarını şəhərlərə, rayonlara, kəndlərə, xiyabanlara, təhsil ocaqlarına verirdilər, fikir və deyimlərindən nümunə kimi "faydalanırdılar”, haqlarında bədii əsərlər yazılır, filmlər çəkilir, doktorluq dissertasiyaları müdafiə edilirdi.

İndi mənim üçün əhəmiyyəti yoxdur, Babəkin kürd, türk və ya talış olmasının. Ən azından istəmirəm ki, hansısa bir türk və ya talış onu öz adına çıxarıb nə vaxtsa həqarət hissləri keçirsin.

Hüseynqulu MƏMMƏDLİ,
Lənkəran şəhəri,
11.01.2012


 

Категория: Талыш xəbərləri | Просмотров: 1966 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus