2011 il həm də Azərbaycanda Babək sevgisi ilə yadda qaldı. Əslinə qalsa hər bir insan üçün hansısa il əbədiyaşarlıq qazanır. Bəziləri üçün doğulduğu il, bəziləri üçün ailə qurduğu il, bəziləri üçünsə diplom aldığı, vəzifəyə təyin olunduğu, lotereyada udduğu, övladına toy etdiyi, əsərinin işıq üzü gördüyü və daha çox da millətindən kimlərinsə dünyanın tanınmışına çevrildiyini görmək yaddaqalan olur, varlığına qürur gətirir. Bütün bunları başa düşmək çətin deyil. Bəs hansısa min il əvvəllərdə yaşamış birinə birdən birə yüksək sevginin yaranması nə deməkdir. Özü də bu dahi Babək Xürrəmi ola. Onun haqqında o qədər romanlar, povestlər, şerlər yazılıb, elmi əsərlər ortaya çıxarılıb ki, bir yerə yığsan böyük bir kitabxananı doldurmaq olar. Hələ o
... Читать дальше »