Novruz Bayramı ərəfəsi yazıçı–jurnalist Azərnurun klassik "qanuni oğru” aləminin son əfsanəsi Masallı Mamed haqqında kitabı işıq üzü görüb.
Çox maraqlı üslubda qələmə alınmış kitaba ötən əsrdən-inqilaba qədərki Rusiya və Azərbaycanda formalaşmış "qanuni oğru” tarixindən ("qırmızı robin qudlar”- vətəndaş müharibəsinin qəhrəmanı Mişa Yaponçik, NKVD-nin generalı Natan Frenkel və onların odessalı varisi hesab olunan Vasya Brilliyant, habelə 90-cı illərin əvvəllərində Rusiyanın xalq artisti İosif Kabzonun, Ali Sovetin deputatı Svyataslav Fyodrovun, pzezidenti Boris Yeltsinin səyi ilə həbsxanadan azad olan "Yaponçik” ləqəbli Vyaçeslav İvankov və başqaları haqqında) məlumatlar və "Rusiyada Azərbaycan kriminalının lideri” adını qazanan, ötən il 20 martda 49 yaşında ikən Bakı həbsxanasında dünyasını dəyişən Masallı Mamedin ömür yolundan bəhs edən fraqmentlər, onu yaxından tanıyan insanların xatirə-etüdləri və "məhbəs gündəliyindən” sətrlər daxıl edilmişdir.
"Masallı Mamed” kitabında oxucular qətlə yetirilmiş yazıçı Rafiq Tağının fikri, müəllifin jurnalist Elmar Hüseynovün ölmü barədə yazdığı "Sözün qürub çağı” və "Burası... Qurdlar vadisi” esseləri, Mamedin məzarının ziyarətinə gələn rus şairi Aleksandr Fomenkova ünvanladığı və "Bəşəri xəcalət” adlı açıq məktubu, "Baş oğru” və "Danışan tabutlar” hekayələri, "Haradasan, ay Cahandar ağa” pamfleti” ilə də tanış olacaqlar.
Nəfis tərtibatla nəşr olunmuş kitab "Qanun” nəşriyyatında çap edilmişdir.