"Sərhədsiz reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı bu gün İnternetin bu və ya digər məhdudiyyətlərə məruz qaldığı dövlətlər haqqında hesabat yayıb.
Azərbaycan, Rusiya, Tacikistan, Mərakeş və bir sıra digər ölkələr İnternetin hakimiyyətin "nəzarəti altında” olduğu ölkələr kimi qeyd edilib.
Hesabat müəlliflərinin fikrincə, sosial şəbəkələr "ərəb baharının” katalizatorlarından birinə çevrildikdən sonra bir sıra demokratik ölkələr totalitar rejimlərin təcrübəsini mənimsədi.
2011-ci ildə "İnternet düşmənləri” statusunu Bəhreyn, Belarus, Çin, Kuba, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Özbəkistan, İran, Vyetnam və Türkmənistan alıb.
Novruz Bayramı ərəfəsi yazıçı–jurnalist Azərnurun klassik "qanuni oğru” aləminin son əfsanəsi Masallı Mamed haqqında kitabı işıq üzü görüb.
Çox maraqlı üslubda qələmə alınmış kitaba ötən əsrdən-inqilaba qədərki Rusiya və Azərbaycanda formalaşmış "qanuni oğru” tarixindən ("qırmızı robin qudlar”- vətəndaş müharibəsinin qəhrəmanı Mişa Yaponçik, NKVD-nin generalı Natan Frenkel və onların odessalı varisi hesab olunan Vasya Brilliyant, habelə 90-cı illərin əvvəllərində Rusiyanın xalq artisti İosif Kabzonun, Ali Sovetin deputatı Svyataslav Fyodrovun, pzezidenti Boris Yeltsinin səyi ilə həbsxanadan azad olan "Yaponçik” ləqəbli Vyaçeslav İvankov və başqaları haqqında) məlumatlar və "Rus
... Читать дальше »