İnsan ömrünün elə anları olur ki,heç vaxt unudulmur,çox dərin iz buraxır. Talış xalqımın oyanışı üçün keçən əsrin 70-80-ci illərində gəncliyimin heç vaxt tükənmədiyini hiss etdiyim anlarda bu mübarizənin başa catdırmaq üçün tükənməzliyini hiss edirdim. Sən demə belə deyilmiş, güc də tükənirmiş,qüvvə də.
May ayının 19-da cox ağır huşsuz vəziyyətdə "Miokard infarkti" təcili yardım məni Mərdəkan 26 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə gətirmiş və 3 gündən sonra gözlərimi açanda əvvəl harda olduğumu anlamadım. Sonra mehriban ağ xalatlı insanlar arasında olduğumu gördüm və gözlərimin açılışını alqişlarını mənə səmimi üzlərində sevinci görəndə harda olduğumu anladım. Mehriban və güləruz həkim və ən başlıcası gözəl insan Esmira Musayevanın şirin dillə mənə necəsən, ayıldın? Sözündən sonra aydın oldu ki, 3 gün imiş ki, huşsuz vəziyyətdə olmuşam.
Orta tibb işçilərindən Könül Tahirovanı, Tamella Əliyevanı, Gülbağda Əliyevanı təbəssüm dolu sevincli üzlərini görəndə özümdə yeni güc və qüvvə tapdım özümdə ağır xəstəliyimlə mübarizə aparmağa yeni güc və qüvvə tapdım. Könül Tahirovanın xüsusi diqqəti və qayğısını gördükdə ölümə onların sayəsində qalib gəldiyimi hiss etdim.Şöbə müdiri Esmira Musayevanın əsil həkimlik qabiliyyəti və təşkilatçılıq bacariğının nəticəsində bütün şöbədə həkim və orta, kiçik tibb işçilərinin əməyi xüsusi ilə qeyd etmək istəyirəm. Bu mehriban ve səmimi reanimasiya şöbəsinin bütün əməkdaşları ən yüksək hörmət və ehtirama malikdir. Mən isə urəyimdən gələn ən səmimi minnətdarlığımı Esmira xanıma və onun rəhbrlik etdiyi Reanimasiya şöbəsinin bütün kollektivinə bildirib deyirəm: SAQ OLUN.