Barəmdəki "cinayət” işiylə bağlı olaraq 9, 10 yanvar 2013-cü il tarixindəki Məhkəmə proseslərində qəbul olunmuş qərara əsasən, mənə elan olunmuş 234.4.3. ("narkotik maddələrin satışı”) maddəsiylə bağlı məhkəmə iclasları açıq, 274 ("dövlətə xəyanət”) və 283.2.2. (milli-dini ayrıseçkilik salma”) maddələriylə bağlı iclaslar isə qapalı keçiriləcəkdir.
Həmin qərarda Məhkəmə proseslərinin qismən qapalı keçirilməsi – guya, "cinayət” işində "dövlət sirrlərinin” mövcudluğu ilə izah olunmuşdur. Məhkəmənin bu əsassız qərarı ilə bağlı yayımladığım bəyanatlarda dəfələrlə bildirdiyim kimi, bir daha deyirəm ki, bu qeyd olunan "dövlət sirri” əslində həbsimi sifariş vermiş, onu icra edən və heç bir hüquqi, etik və əxlaqi normalara belə sığışm
... Читать дальше »