Главная » 2012»Октябрь»10 » Leyla Yunus Avropaya Azərbaycanda hüquq pozuntularından danışacaq
19:08
Leyla Yunus Avropaya Azərbaycanda hüquq pozuntularından danışacaq
Azərbaycanda İnternetdə kampaniya kimi müdafiə növü zəif inkişaf edib. "Biz ümumiyyətlə bu mənada bir qədər geri qalmışıq, köhnə qaydalarla işləyirik, bir halda ki, 21-ci əsrdə İnternetin imkanlarından tam gücü ilə istifadə olunur. Sosial şəbəkələrdə tez-tez hüququ pozulanların müdafiəsi üçün imzatoplama kampaniyaları keçirilir. Azərbaycan hüquq müdafiəçilərinin diqqətini bu iş metoduna çəkmək istərdim. Bu barədə çərşənbə günü Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün jurnalistlərlə görüşündə bildirib.
O, AWID-in (Qadın Hüquqlarını Müdafiə Assosiasiyasının) diqqətini Müsavat fəalı Nigar Yaqublunun hüquqlarının müdafiəsinə çəkməyə çağırıb.
Adı çəkilən təşkilatla əməkdaşlıq və onun geniş imkanlarından istifadə Azərbaycan hüquq müdafiəçilərinə kömək edə bilər, xüsusən, hüquq müdafiəçilərinin özlərinə qarşı siyasi repressiyalar fonunda, deyə Yunus bildirib.
Azərbaycanda müstəqillik illəri ərzində hələ heç vaxt hüquq müdafiəçiləri belə təqib olunmayıb, həbsə heç alınmayıb. O xatırladıb ki, hazırda dörd hüquq müdafiəçisi – Vidadi İsgəndərli, Taleh Xasməmmədov, Hilal Məmmədov və İlham Əmiraslanov həbsdədir. Həm də onlar hamısı regional hüquq müdafiəçiləridir. Sosial şəbəkələrdə onların müdafiəsi üzrə beynəlxalq kampaniya bir çox ölkələri əhatə edəcək və təsirli olacaq, Yunus belə hesab edir.
O, həmçinin bildirib ki, 17-19 oktyabr tarixlərində Brüsseldə "Siyasi inkişaf forumu”nun iclası keçiriləcək. Forum ildə iki dəfə toplanır. "Mən forumda altı postsovet ölkəsini (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və Moldova), habelə ərəb ölkələrini təmsil etmək üçün seçilmişəm. Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti haqqında məruzə hazırlamışam və Avropa Parlamentinin Azərbaycan üzrə daha bir qətnamə qəbul etməsinə nail olmaq istəyirəm. Bununla əlaqədar olaraq, Avropa Parlamentinin üzvləri təhlükəsizlik məsələləri və xarici siyasət üzrə Avropa Komissarı Ketrin Eştona sorğu göndərəcəklər ki, o, Azərbaycan rəhbərliyi qarşısında müvafiq məsələləri qaldırsın”, deyə Yunus qeyd edib.
"Bizdə üç kateqoriya siyasi məhbuslar var: müxalifətçilər, islamçılar və milli azlıqların nümayəndələri, habelə girovlar, yəni müxalifətçilərin qohumları”, deyə o bildirib.