Azərbaycanda İnternetdə kampaniya kimi müdafiə növü zəif inkişaf edib. "Biz ümumiyyətlə bu mənada bir qədər geri qalmışıq, köhnə qaydalarla işləyirik, bir halda ki, 21-ci əsrdə İnternetin imkanlarından tam gücü ilə istifadə olunur. Sosial şəbəkələrdə tez-tez hüququ pozulanların müdafiəsi üçün imzatoplama kampaniyaları keçirilir. Azərbaycan hüquq müdafiəçilərinin diqqətini bu iş metoduna çəkmək istərdim. Bu barədə çərşənbə günü Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün jurnalistlərlə görüşündə bildirib.
O, AWID-in (Qadın Hüquqlarını Müdafiə Assosiasiyasının) diqqətini Müsavat fəalı Nigar Yaqublunun hüquqlarının müdafiəsinə çəkməyə çağırıb.
Adı çəkilən təşkilatla əməkdaşlıq və onun geniş imkanlarından istifadə Azərbayca
... Читать дальше »