Son həftə ərzində Talışda yağan intensiv yağışlar Lik üçün həyati əhəmiyyətli Lankon-Lik yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Sentyabrın 18-də yolun əsasən 18-23-cü km-ləri arasındakı ərazi sürüşməyə məruz qalmışdırsa, hazırda bu təhlükə umumi uzunluğu 55 km olan bütün yolda hiss olunur. 18-53-cü km arasında aktiv sürüşmə başlanıb.
Eyni zamanda 18-ci kilometrlikdə uçan yolda yenidən 3 m enliyində torpaq sürüşməsi baş verib və yol bu hissədə nəqliyyat üçün tam dayandırılıb. Hazırda yolda nəqliyyatın hərəkəti alternativ olaraq dağın içindən açılmış torpaq yolu vasitəsilə tənzimlənir. İşləri sürətləndirmək üçünsə burada ağır texnika çatışmazlığı hiss olunur.
43 saylı Lik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev mətbuata bildirib ki, 50-ci km-də nəhəng sürüşmə var: "Asfalt əvvəlki vəziyyətdən aşağı enib, yarğan əmələ gətirib. Həmin yol yenidən doldurulub asfaltlaşdırılmalıdır”.