Lankona səfər etmiş jurnalist qrupu Bakıya qayıdıb. "Yeni Müsavat”, "Xural” qəzetləri, "Turan” İnformasiya Agentliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun jurnalistlərindən ibarət qrup Lankona Redaktorlar Birliyinin qərarı ilə getmişdi. Səfərdə məqsəd "Xural” qəzetinin Talış üzrə müxbiri Aydın Canıyevin həbsinin başvermə şəraitini öyrənmək olub.
Sentyabrın 30-da qrup Bakıda Redaktorlar Birliyinin üzvləri ilə görüşüb və səfər təəssüratlarını bölüşüb. "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı "Media forum” saytına deyib ki, jurnalistlər Lankonda keçirdikləri görüşlərin təfərrüatlarını dərc edəndən sonra Redaktorlar Birliyi yenidən toplanacaq və Aydın Canıyevin işi ilə bağlı hansı addımların atılmalı olduğunu müəyyənləşdirəcək.
Son həftə ərzində Talışda yağan intensiv yağışlar Lik üçün həyati əhəmiyyətli Lankon-Lik yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Sentyabrın 18-də yolun əsasən 18-23-cü km-ləri arasındakı ərazi sürüşməyə məruz qalmışdırsa, hazırda bu təhlükə umumi uzunluğu 55 km olan bütün yolda hiss olunur. 18-53-cü km arasında aktiv sürüşmə başlanıb.
Eyni zamanda 18-ci kilometrlikdə uçan yolda yenidən 3 m enliyində torpaq sürüşməsi baş verib və yol bu hissədə nəqliyyat üçün tam dayandırılıb. Hazırda yolda nəqliyyatın hərəkəti alternativ olaraq dağın içindən açılmış torpaq yolu vasitəsilə tənzimlənir. İşləri sürətləndirmək üçünsə burada ağır texnika çatışmazlığı hiss olunur.
43 saylı Lik Yol İstismar İdarəsinin rəisi Elxan Əl
... Читать дальше »
Iranın Arannews saytının məlumatına görə Azərbaycan Respublikası talış xalqı fəallarından olan Əlikram Hümmətov İrana dəvət olunacaq.
Sayt xəbər verir ki, qərb ölkələrinin birində yaşayan Əlikram Hümmətov bəzi qeyri-hökumət təşkilatları və İranda yaşayan talış xalqının bir sıra camaatı tərəfindən İrana dəvət olunur.
"Arannews” daha sonra öz araşdırmalarını təqdim edərək yazır: "Azərbaycan Respublikasında milli ayrıseçkilik bu ölkənin acı həqiqətlərindən biri hesab olur. Bu arada Azərbaycanda yaşayan talışlar ölkənin digər xalqlarına nisbətən daha çətinlik və sıxıntı içərisindədir."
Sözü gedən xəbərdə daha sonra qeyd edilir: "Azərbaycan rəsmi statistikası talışların sayını 1 milyondan az olduğunu bildirsə də, talış fəalla
... Читать дальше »
Hazırda həbsdə olan və məhkəmə prosesi keçirilən AİP-in Astara rayon təşkilatının sədri Hacı Rufulla Axundzadənin ailəsi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və səfirliklərə aşağıdakı məzmunda müraciət ünvanlayıb
Bismillahir-rəhmanir-rəhim.
Yazıb sizə bildirmək istəyirəm ki atam Rufulla Axundzadə 21-01-2011-ci il tarixdə DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı irəli sürülən ittihamda dövlət çevrilişi, hakimiyyətin zorla ələ alınması, əvvəlcədən mütəşəkkil cinayətkar dəstə yaratmaq, terror, milli-irqi ayrı seçkilik salmaq və s. bu kimi maddələr yer alıb. Atam Rufulla Axundzadəyə Azərbaycan Respublikası CM-nin 28 214.2.1 28 214.2.3 228.3 278 və 283.1-ci maddələri ilə yekun ittiham el
... Читать дальше »
"Azərbaycanda fikrin ifadə olunması, assosiasiya və dinc toplaşma azadlığı ciddi çətinliklərlə üzləşib. Bu əsas insan hüquqlarını dəstəkləmək üçün təcili tədbirlər görülməlidir”, - Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq bu il Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayarkən bildirib.
Komissar təəssüflə qeyd edib ki, həmin sahələrdə verdiyi tövsiyələrin əksəriyyəti həyata keçirilməyib. Bəzi hallarda hakimiyyətin qəbul etdiyi addımlar Azərbaycanın insan hüquqları ilə bağlı öhdəliklərinə zidd olub.
"Mənim tövsiyələrimdən biri jurnalistlərə qarşı əsassız və selektiv cinayət təqiblərinə son qoyulması ilə bağlıdır. Lakin bu cür tədbirlərin tətbiqi az da olsa zəifləməyib. Be
... Читать дальше »