Главная » 2012»Январь»29 » İran Avropa Birliyinə neft ixracını dayandıra bilər
15:05
İran Avropa Birliyinə neft ixracını dayandıra bilər
İran parlamentində Avropa Birliyi ölkələrinə neft ixracının dayandırılmasıyla bağlı səsvermə keçiriləcək. Avropa Birliyi İrandan neft alan 2-ci böyük təlabatçıdır.
Əgər belə bir qərar qəbul edilsə, qüvvəyə minmək üçün onu Qəyyumlar Şurası da təsdiqləməlidir.
Avropa Birliyi ötən həftə iyulun 1-dən İrandan neft idxalına embarqo qoymaq və İran Mərkəzi Bankının Avropadakı aktivlərini dondurmaq qərarına gəlib. Həmçinin Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları daha da kəskinləşdirib.
Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran İttihamı rədd edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri şənbə günü Tehrana yollanıblar.
İran hakimiyyəti agentliklə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirsə də uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində deyil.