Britaniya kral ailəsinin mətbuatın qalmaqallı səhifələrində daim məşhur olan üzvü, şahzadə Endryunun (foto) İlham Əliyevlə Davosda görüşü "Sunday Mirror” qəzetində tənəli şərhlərə səbəb olmuşdur.
"Mirror" İlham Əliyevi "Azərbaycanın milyarder diktatoru" adlandırır. Qəzet yazır ki, azyaşlı qızları əxlaqsızlığa cəlb etdiyi üçün həbsə atılan amerikalı milyarder Ceffri Epsteynlə dostluğu üzündən qalmaqal yaşayan şahzadənin kral ailəsinin üzvü sifətilə Davosda görüşlər keçirtməsi çoxlarını təəccübləndirmişdir. Qəzet xatırladır ki, şahzadə Endryunun Azərbycan prezidenti, eləcə də Qazaxstan prezidenti Nursultan Nazarbayev ilə yaxın dostluq əlaqələri var. Şahzadə son illərdə 8 dəfə Azərbaycanın paytaxtında səfərdə olmuşdur. Qəzet əlavə edir ki
... Читать дальше »
İran parlamentində Avropa Birliyi ölkələrinə neft ixracının dayandırılmasıyla bağlı səsvermə keçiriləcək. Avropa Birliyi İrandan neft alan 2-ci böyük təlabatçıdır.
Əgər belə bir qərar qəbul edilsə, qüvvəyə minmək üçün onu Qəyyumlar Şurası da təsdiqləməlidir.
Avropa Birliyi ötən həftə iyulun 1-dən İrandan neft idxalına embarqo qoymaq və İran Mərkəzi Bankının Avropadakı aktivlərini dondurmaq qərarına gəlib. Həmçinin Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları daha da kəskinləşdirib.
Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran İttihamı rədd edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri şənbə günü Tehrana yollan
... Читать дальше »