Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Декабрь » 8 » İntiqam Əliyev başına gələnləri Bakıda danışdı
18:40
İntiqam Əliyev başına gələnləri Bakıda danışdı
Dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşmiş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıya dönəndən sonra, dekabrın 8-də "Media forum” saytının suallarını cavablandırıb.

- Hadisə ilə bağlı son vəziyyət nə yerdədir?

- Olayla bağlı vəziyyəti araşdıran türkiyəli vəkillərdən birinə vəkalət verəcəm. Bu hadisənin araşdırılmasını davam etdirmək fikrindəyəm. Bu, bir ləyaqət məsələsidir, həm də ictimai hadisədir. Türkiyənin böyük aeroportunda, minlərlə insanın gözü qabağında belə bir hadisə olur, amma buna həmin an heç bir reaksiya verilmirsə, elə türkiyəli vəkillərdən birinin dediyi kimi, bu, Türkiyə vətəndaşının özü üçün də çox təhlükəlidir. Bu işin araşdırılmasında təkidliyəm. Eyni zamanda bu iki gündə verdikləri dəstəyə görə həmkarlarıma, Azərbaycan jurnalistlərinə təşəkkürümü bildirirəm.

- Sizə deportasiya olunmaqla bağlı nə deyildi? Ortada rəsmi sənəd varmı və bunu öz üzərinizdən götürtmək fikriniz varmı?

- Deportasiya ilə bağlı mənə heç bir sənəd verilmədi. Sadəcə dedilər ki, deportasiya olunursan və mən buna etiraz elədim. Mənə dedilər ki, siz deportasiya olunma haqda qərarla razı deyilsinizsə, bir neçə gün Türkiyədə qalmalısınız, məsələ araşdırılmalı, məsələyə əcnəbilərlə iş üzrə qurumda baxılmalıdır.

Mən bu vəziyyətdə orada qalmağa və məsələnin araşdırılmasına razı olduğumu, amma deportasiya edilməyə razılaşmadığımı dedim. Onlara bildirdim ki, əlaqədar səlahiyyətli şəxslərə mənim etirazımı çatdırın. Onlar danışdılar, mənə elə gəldi ki, iş böyüdüyünə görə məndən can qurtarmaq qərarına gəldilər. Ona görə də dedilər ki, mütləq deportasiya olunmalısız. Amma sənəd təqdim etmədilər. Məni döyən adam bildirdi ki, sən 6 ay müddətinə deportasiya olundun, amma elə eləmə ki, bu, ömürlük olsun. Sonra məni döyən adamlar əllərindəki sənədi təyyarəyə minik zamanı qeydiyyat aparan Azərbaycanın xidməti işçisinə təqdim etdilər və dedilər ki, bu sənəd Azərbaycan polisinə təqdim olunmalıdır. Lakin qeydiyyat aparan azərbaycanlı sənədi qəbul etmədi və dedi ki, onu poçt vasitəsilə yollayın.
Bu hadisənin ciddiliyi mənim Türkiyəyə gedib-gəlməyimdə yaratdığı məhdudiyyətdə deyil. Məsələnin əsas tərəfi ondadır ki, mən – Azərbaycan vətəndaşı, Azərbaycan hüquqçusu Türkiyədə böyük haqsızlıqla qarşılaşmışam və deportasiya da bu haqsızlığın bir hissəsidir. Tutulmağım, saxlanmağım, tutulma zamanı hüquqlarımın pozulması, mənim vəkillərlə görüşümə imkan verilməməsi, mənə qarşı zorakılıq edilməsi, döyülməyimlə bağlı halların hamısının sonuna qədər gedəcəm. Bunları qaldıracam. Ona mat qaldım ki, mən vəkil olduğumu deyirəmsə, buna məhəl qoyan yoxdursa, gör indi başqa vətəndaşların başına nə gəlir? Onların özlərinə də dedim ki, belə hərəkətlərlə öz ölkənizi hara aparırsınız?

- Bu hadisənin baş verməsində sizin azərbaycanlı olmağınızın, daha dəqiqi, türkiyəli polislərin sizin azərbaycanlı olduğunuzu bilməyin təsiri varmı? Yoxsa bu hadisə İstanbul aeroportunda ingilisin, fransızın, amerikalının da başına gələ bilərdi?

- Düşünmürəm ki, ingilisə, fransıza, amerikalıya belə münasibət göstərsinlər. Ən azından onların arxasında öz hökumətləri dayanar, Türkiyədə bunu yaxşı bilirlər. Ona görə də bu hadisənin baş verməsində azərbaycanlılara yuxarıdan aşağı baxılması amilinin iştirakını istisna eləmirəm. Burda müxtəlif amillər ola bilər. Amma ən azından bir nəfər özbaşınalıq edirsə, ətrafdakılar yaxınlaşmırsa, bu o deməkdir ki, ətrafdakılar, sistem həmin özbaşına olana dəstək verir.

- Türkiyəli vəkil Xəlil Koçabaş "Azadlıq” radiosuna açıqlamasında qeyd edib ki, olay baş verəndə Türkiyə dövləti yardımçı olmadı: "Dövlət idarələri tərsinə hərəkət edib hüquqi prosedurları əngəllədi, hadisənin böyüməsinə səbəb oldu...”

- Bəli, ən qəribəsi də odur ki, hadisə ilə bağlı Türkiyə hökumətinə müraciət edilir, ATƏT-dən, "Freedom House” təşkilatından müraciətlər daxil olur, amma bundan sonra da mənim qollarımı yenə qandallayıb aeroportda minlərlə insanın arasından aparırlar və bir otağa salıb döyürlər. Eyni zamanda vəkillərin, müdafiəçilərin qabağına elə bir sistem çıxartmışdılar ki, mənimlə görüşə icazə verilmirdi. Hesab edirəm ki, mənim döyülməyim tək bir polisin işi deyil. Bu, bir dövlətin qonşu ölkənin vətəndaşına münasibəti idi. Amma bunun arxasında nə dayanır? Bunu anlamıram. Çünki yerli safçılıq, baş safçılıq bilirdi, beynəlxalq təşkilatlar onlara artıq məlumat vermişdilər. Bütün bunların müqabilində iki nəfər mülki geyimli şəxs hamının gözü qabağında məni qandallayır, döyür, ora-bura dartırdı və heç kim reaksiya vermirdi. Mən də hər dəfə onlara deyirdim ki, mən vəkiləm, advokatam. Bunu həm də ona görə edirdim ki, hər şey oradakı kameralara düşsün.
Bu olayla bağlı mənim müdafiəmə qalxan vəkil Cem bəylə əlaqə saxladım. O dedi ki, burda bütün kanalları işə salıblar. Cem bəy deyir ki, həmin ərazi üzrə vali ilə də görüşüblər. Vali deyib ki, əgər bu deyilənlərin 10 faizi düzgün olsa, bundan böyük nəticələr çıxarılacaq.

- Bədəninizdə döyülmə əlamətləri, xəsarət izləri varmı?

- Məni polis məmurları qarşısında vururdular. Həmin məmurlar məni döyənlərə deyirdilər ki, elə vur izi qalmasın. Bu sözləri daim deyirdilər. Məni çox möhkəm döymüşdülər. Yerə yıxılmışdım, vururdular. Qarnımdan, böyrəyimdən, bədənimin hər yerindən zərbələr endirirdilər. Həmin anda mənə elə gəlirdi ki, üzüm, sifətim tamam dağılıb. Amma sonradan öz-özümə baxanda heyrətləndim. Həmin zərbələrin qarşılığında izlərin qalmaması özümə də çox təəccüblü gəldi. Həmkarım Anar Qasımlı ilə Bakıda polisdə olduq. Polis əməkdaşı da təsdiq etdi ki, onlar adamı haradan və necə vurmağı yaxşı bilirlər. Döyməyin xüsusi texnologiyası var. Belə başa düşdüm ki, məni döyən adamlar özlərini o cür aparırdılarsa, heç nə veclərinə deyildisə, deməli, çox peşəkar idilər.

- Həkim müayinəsindən geçdinizmi?

- Bakıya dönən kimi həkim müayinəsinə də getdim. Vəkillərin iştirakı ilə zədələr müayinə olundu, lakin heç bir sənəd verilmədi. Qeyd olundu ki, bununla bağlı polisə rəsmi qaydada ərizə ilə müraciət etmək lazımdır. Ola bilər ki, sonra o sənədi aldıq.



TALISH.ORG

Категория: Dünyada | Просмотров: 1481 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus