Dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşmiş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıya dönəndən sonra, dekabrın 8-də "Media forum” saytının suallarını cavablandırıb.
- Hadisə ilə bağlı son vəziyyət nə yerdədir?
- Olayla bağlı vəziyyəti araşdıran türkiyəli vəkillərdən birinə vəkalət verəcəm. Bu hadisənin araşdırılmasını davam etdirmək fikrindəyəm. Bu, bir ləyaqət məsələsidir, həm də ictimai hadisədir. Türkiyənin böyük aeroportunda, minlərlə insanın gözü qabağında belə bir hadisə olur, amma buna həmin an heç bir reaksiya verilmirsə, elə türkiyəli vəkil
... Читать дальше »