Главная » 2012»Июль»3 » Hilal Məmmədova dövlətə xəyanət ittihamı elan edilib
21:11
Hilal Məmmədova dövlətə xəyanət ittihamı elan edilib
Baş redaktora əvvəlki ilə yanaşı daha iki maddə ilə qondarma ittihamlar elan edilib
Hüquqmüdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı iyulun 3-də yeni ittihamlar elan olunub. Bu barədə Hillal Məmmədovun vəkili Anar Qasımlı məlumat verib. Baş redaktora bu gün Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətə) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması etnik ayrı-seçkilik) maddələri ilə ittiham irəli sürülüb.
Anar Qasımlının sözlərinə görə hazırda baş redaktorla bağlı işin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. İş müstəntiq Qurban Səfərovun icraatındadır.