Bu gün Moskva şəhərində Azərbaycan Respublikasının Səfirliyi qarşısında hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun qondarma ittihamlarla həbs edilməsinə etiraz əlaməti olaraq aksiya keçirilmişdir.
Aksiya Rusiyada fəaliyyət göstərən "Гражданское содействие" hüquqmüdafə təşkilatı tərəfindən təşkil edilmişdir.
Aksiyada Rusiyanın tanınmış hüquq müdafiəçiləri, Moskvada yaşayan talış diasporunun və Azərbaycanın digər xalqlarının nümayəndələri iştirak etmişdir.
Aksiya iştirakçıları "Hilal Məmmədov dərhal azadlığa buraxılsın!”, "Hilal Məmmədova azadlıq!”, "Novruzəli, Hilal, növbəti kim olacaq?!”, "Hilal Məmmədova - bizim "Гражданское содействие"!”, "İşgəncələrə son qoyulmasını tələb edirik!”, "Talış mədəniyy
... Читать дальше »
Baş redaktora əvvəlki ilə yanaşı daha iki maddə ilə qondarma ittihamlar elan edilib
Hüquqmüdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı iyulun 3-də yeni ittihamlar elan olunub. Bu barədə Hillal Məmmədovun vəkili Anar Qasımlı məlumat verib. Baş redaktora bu gün Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətə) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması etnik ayrı
... Читать дальше »
"Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi hüquq-mühafizə orqanlarının görünməmiş özbaşınalığıdır. Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RAT) Media Mərkəzində keçirilən mətbuat konfransının leytmotivi belə olub.
Onun həyat yoldaşı Bahar Məmmədova bildirib ki, axtarış aparanların vəhşiliyindən və özbaşınalığından şoka düşüb.
Onun sözlərinə görə, 25 nəfər mənzilə daxil olaraq H.Məmmədovun 80 yaşlı atası da daxil olmaqla, hamını bir otağa yığıblar. Onlar mənzilin altını üstünə çeviriblər. Sonra bildiriblər ki, H.Məmmədovun pencəyinin cibindən içində narkotik maddə olan bükülü tapılıb.