Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Март » 19 » Hilal Məmmədovun həbsxanadan bayram təbriki
19:12
Hilal Məmmədovun həbsxanadan bayram təbriki
Əziz dostlar! Əziz qardaş və bacılar!

İlk öncə, son günlər müşahidə etdiyim qəribə bir olayı Sizə nəql etmək istəyirəm: hər sübh cağı saxlandığım kameranın pəncərəsini açıb, dəmir barmaqlılar arxasında "cikkildəşən” o mübarək quşların mübarək sədalarına uyduqca, bir anlıq mən də o bəxtəvərlərdən olub, bizə vəd olunan o əbədi VƏTƏNin cənnəti-məkanın müjdəçilərindən birinə çevrilmək istəyirəm... Sübh vaxtlar, insanlar tərəfindən heç cürə "əhliləşdirilə” bilinməyən çöl (vəhşi) göyərçinləri kameramın pəncərəsindən təxminən 4-5 metrlik məsafədə olan gəzinti otağının ön divarları üstünə qonub, bir anlıq diqqətlə mənə baxır (yəqin ki, salamlayır) və sonra da orada onlar üçün ayırdığım Allah ruzisindən dadırlar…

Sizə bu bayram təbrikli sətirləri yazmağa (səhər saat 7.00-da) hazırlaşırdım ki, bir dəstə göyərçin yenə də o divarlar və barmaqlılara qonub məni seyr (salamladıqlarını) etdiklərini və nədənsə ruzilərinə tərəf baxmadıqlarını müşahidə etdim. Onların boyunlarındakı rəngarəng tüklər yenicə doğulmaqda olan günəşin nuruyla par-par şəfəq saçırdı. Qəfildən bir göyərçin nəfsinə uyub dimdiyini ruzisinə tərəf uzatmaq istəyirdi ki, digərlərinin tənbehli nəzərlərinə tuş gəlib, oranı birgə tərk etmələriylə nəticələndi... Heç 1-2 dəqiqə ötməmişdi ki, onları bir dəstə sərçələrin və digər kiçik quşların (əfsus ki, adlarını bilmədim) "cik-cik”li xoş ciyiltisi əvəz etdi... Maraqlıdır ki, onlar da dimdiklərini ruzilərinə tərəf yönəltmədilər. Qəfildən bir sərçə onlardan ayrılıb pəncərəmdən içəri (kameraya) daxil oldu və çarpayının kənarına qondu. Digərləri kimi bir an mənə baxıb (salamlayıb) uçub getdilər...

Əziz dostlar! İnanın, demək olar ki, mübaliğəsiz təsvir etdiyim bu maraqlı səhnə barədə xeyli düşünüb, min-bir hikmətlərindən bir-ikisini dərk edərək, onları Sizinlə də bölüşmək qərarına gəldim. Əvvəla, bu mübarəklərin yalnız məni yox, həm də Sizin hamınızı – bu sətirlərimi oxuyan hər birinizi salamlamağı məndən rica etdiklərini anladım. Axı, bəşəriyyətin bəlkə də ən xoş, ən mübarək günlərindən biri olan AXİR ÇƏRŞƏNBƏni və NOVRUZun gəlişinin ilk müjdəçiləri də bu mübarək quşlar olub, sanki onlar insanları xəlq olunub-qovuşduqları və oradan da dirçələcəkləri TORPAĞA bu əziz günlərdə bir daha diqqətlə nəzər yetirməyə çağırırlar. Belə ki, məhz bu son Çərşənbədə TORPAQ tamamən canlanır, cəmi bitki və ağaclar XALİQİNDƏN cücərib, tumurcuqlanmaq əmrini alır ki, insanlar bunlardan bir nümunə, bir ibrət dərsi götürsünlər. Çaylar, dənizlər, bulaqlar da saflaşır bu axır çərşənbə gecəsi. Ona görə də bu gecəni xeyli əziz qarşılamaq, ev-eşiklərdə yalnız və yalnız xeyirli sözlər, xeyirli fikirlər, xeyirli əməllər işlətmək lazımdır.

AXIR ÇƏRŞƏNBƏ ritualı həm də o sabahkı Novruza, göylərin də necə canlandığını ifadə edən mübarək bir günə hazırlıq prosesidir. Belə ki, məhz bu NOVRUZda NUR (gündüz) Zülməti (gecəni) yarıb, tədricən hər yanı öz mübarək işığına qərq edir. Başqa sözlə desək ,əgər axır çərşənbə insanları bir gün yenə torpaqdan cücərəciyi ilə xəbərdar edirsə, NOVRUZ onları həm də əbədi NURlu həyatın – o əsil VƏTƏNin mövcudluğu ilə müjdələyir. ”Vətəni sevmək imandandır!” hədisi bilavasitə o əbədi axirət yurdu olan VƏTƏNə sevgini əks etdirir…

Əziz həmvətənlərim! Əziz qardaş və bacılar! Bizi salamlayan və o əbədi xoşbəxt VƏTƏNə müjdələyən o mübarək quşlara qoşularaq, Axır Çərşənbənizi və qarşıdakı NOVRUZ bayramınızı səmimi-qəlbdən təbrik edir və Allaha dua edirik ki, cəmi HAQQsevərləri o ƏBƏDİ XOŞBƏXT VƏTƏNdə məskun etsin ,inşallah! Allaha dua edirik ki,HAQQ yolunu azmış bəndələrin də qəlblərini peşimançılıq və tövbə hissləriylə doldursun, haqsız həbs, təqib və təzyiqlərə son qoyulsun, inşallah!

Bu mübarək günlərin xətrinə, cəmi məhbusların, o cümlədən siyasi (və vicdan) dustaqlarının da tezliklə ailələrinə və yaxınlarına qovuşmaqlarını Allahdan diləyirik!

Əziz dostlar! Hər sabahınız qapı və pəncərələrinizə qonacaq o mübarək NOVRUZ elçilərinin mübarək sədalarıyla açılsın, inşallah! Lütfən, biz dustaqlar üçün də dua etməyi unutmayın...

Xoşbəxt olun! Hər sabahınız xoş ovqatla açılsın,xoş ovqatla da gününüzü yaşayasınız,inşallah! AXİR ÇƏRŞƏNBƏNİZ və NOVRUZ bayramınız mübarək olsun!!!

Hamınıza dərin hörmətlə,
Hilal Məmmədov

P.S. Fürsətdən istifadə edərək, elə bu yazımın sözardı olaraq bildirim ki, martın 21-də atamın yubileyidir. 80 yaşı tamam olur. 5 il öncə, 75 illik yubiley məclisində yarı ciddi-yarı zarafatla ondan soruşdum: nə əcəb 55 illik pedaqoji fəaliyyəti ilə seçilən ölkənin tanınmış alim-proessoruna hakimiyyət tərəfindən bir mükafat verilməyib?! Atam belə cavab verdi: Bala, ən böyük mükafat Allahın yanındadır (3:əl-İmran:195). Bu gün, atamın 80 illik yubileyi münasibətiylə Allha dua edirik ki, 7 övladını min-bir əziyyətlə böyüdüb-ərsə çatdıran, 7 fərqlənmə ali məktəb diplomunu və 3 alimlik diplomunu onlara bəxş etdirən atamı ən böyük mükafatıyla – Nəim cənnətinin gözəllikləriylə müjdələsin, inşallah!


 

Категория: İnsan hüquqları | Просмотров: 1603 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus