Главная » 2012»Июль»14 » Hilal Məmmədova azadlıq tələbilə Moskvada ikinci aksiya keçirilmişdir
02:15
Hilal Məmmədova azadlıq tələbilə Moskvada ikinci aksiya keçirilmişdir
Bu gün - 13.07.2012-ci ildə Moskva şəhərində Azərbaycan Respubliksaının səfirliyinin qarşısında hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun qondarma ittihamlarla həbsinə etiraz əlaməti olaraq növbəti piket keçirilmişdir.
Aksiyanın keçirilməsi "Гражданское содействие" hüquq müdafiə təşkilatının təşəbbüsü ilə Moskva höküməti ilə razılaşdırılmışdır.
Əlində "İnam, Xalq, Dövlət, Qarabag birdir!”, "Vicdan məhbuslarına azadliq!”, "Repressiyalara son qoyun!” şüarları tutmuş insanlar etirazlarını Azərbaycan hökümətinə çatdırmaq üçün səfirliyin binası qarşısına toplaşıblar.
Aksiyada Rusiyanın tanınmış hüquq müdafiəçiləri, Moskvada yaşayan talış diasporunun və Azərbaycanın digər xalqlarının nümayəndələri iştirak etmişdir.
Aksiya iştirakçıları Hilal Məmmədovun dərhal azadlığa buraxılmasını tələb etmişlər.
Aksiyada yerli, habelə müxtəlif ölkə KİV-lərinin nümayəndələri olub, aksiya iştirtakçılarından müsahibələr götürmüşlər.
Səfirliyin bir neçə əməkdaşı aksiya iştirakçılarının qarşısına çıxmış və onların nəzərinə aksiya iştirakçılarının tələbləri çatdırılmışdır. Piket bəyannamə vərəqələrinin paylanması ilə başa çatıb.
Aksiyadan hazırlanan foto reportajı oxucularımıza təqdim edirik.