Iran Talış Mədəniyyət İnstitutu Hilal Məmmədovun qondarma ittihamlarla həbsi barədə bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikası höküməti ölkənin köklü xalqlarını bütün demokratik hüqulardan məhrum etmişdir. Nəticədə həmin xalqların nümayəndələri ya vətənlərini tərk etməyə və ya da susmağa, heç bir fəaliyyət göstərməməyə məcbur olurlar.
Bir neçə il öncə dilçi alim, "Toloşi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovu əsasız ittihamlarla həbs edərək qətlə yetirdilər. İndi də fizika alimi, insan hüquqları müdafiəçisi və "Toloşi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu oxşar və eyni zamanda tamamilə yalan ittihamlarla həbs ediblər və onu da N. Məmmədovun taleyinə məruz qoymaq niyyətindədirlər.
Bu gün - 13.07.2012-ci ildə Moskva şəhərində Azərbaycan Respubliksaının səfirliyinin qarşısında hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun qondarma ittihamlarla həbsinə etiraz əlaməti olaraq növbəti piket keçirilmişdir.
Aksiyanın keçirilməsi "Гражданское содействие" hüquq müdafiə təşkilatının təşəbbüsü ilə Moskva höküməti ilə razılaşdırılmışdır.
Əlində "İnam, Xalq, Dövlət, Qarabag birdir!”, "Vicdan məhbuslarına azadliq!”, "Repressiyalara son qoyun!” şüarları tutmuş insanlar etirazlarını Azərbaycan hökümətinə çatdırmaq üçün səfirliyin binası qarşısına toplaşıblar.
Aksiyada Rusiyanın tanınmış hüquq müdafiəçiləri, Moskvada yaşayan talış diasporunun və Azərbaycanın digər xalqlarının nümayəndələri iştirak etmişdir.
... Читать дальше »