Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Декабрь » 11 » Eldəniz bəylə dostluqdan qürur duyuram
19:19
Eldəniz bəylə dostluqdan qürur duyuram
Aləm dəyib biri-birinə, nə var-nə var Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyi adlı qurum özünün fəaliyyətə başlamasını bəyan edib, iqtidara xoş görsənmək istəyən "vətənşüvənlər” olaydan dərhal, deyərdim ki, dəqiqələr sonra doluşdular mediaya ki, "ay haray, qoymayın, üstümüzə talış separatçıları gəlir”. Mövzunun aktuallığını nəzərə alıb "talış birliyinin” təsisçilərindən biri olan Mehdibəy Səfərovla əlaqə saxladıq, ona bizi düşündürən bəzi suallarımızı verdik. Bu günkü müsahibimiz yeni yaradılmış Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin təsisçisi Mehdibəy Səfərovdur.

- Mehdibəy müəllim, xoş gördük.

- Çox sağ olun. Mən də öz növbəmdə qəzetin oxucularını salamlayıram

- Mehdibəy müəllim, Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin yaradılması zərurətini nədə gördünüz?

- Bu zərurət çoxdan yaranmışdı. Rəhmətlik Novruzəlidən ("Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru ustad Novruzəli Məmmədov nəzərdə tutulur. red) sonra respublikamızın talış mənşəli ziyalılarını psixoloji bir xof aurası əhatə etdi. Xalq öz milli identifikasiyası haqqında düşünməyə risq etmirdi. Niyə? Ona görə ki, 93-cü ilin siyasi bataliyaları xalqımızı çaşdırmışdı. Uzun illər talışlar aldıqları psixoloji travmalardan ayıla bilmədilər. Təzə-təzə xalq özünə gəlməyə başlamışdı ki, Talış Mədəniyyət Mərkəzinin sədri, professor Novruzəli Məmmədov müəmmalı iddialarla həbs olundu. Onun həbsinin həqiqi motivləri xalqdan gizlədildi. O, həbsxanada müəmmalı şəkildə tələf oldu. Gözləmək olardı ki, onun ölümündə günahkar olmuş məsul şəxslər cəzalanacaqlar. Amma bu baş vermədi. Sonra isə Novruzəli müəllimin hüquqlarını müdafiə edən başqa bir vətənpərvər alimimiz, talış folklorşünası, hüquq müdafiəçisi Hilal Məmmədov inanılmaz ittihamlarla həbs olunur. Belə bir dərin psixoloji böhranla üzləşən talışlar öz milli varlıqlarının itirilməsi ilə üz-üzə qalmışlar. Tale məni, uzun illərin ayrılığından sonra Hilal Məmmədovun Müdafiə Komitəsində yenidən sözün həqiqi mənasında müqtədir ziyalı, prinsipial şəxsiyyət, istedadlı kinodramaturq və ən əsası isə xətrini çox istədiyim böyük bir azərbaycanlı ilə görüşdürür.

- Niyə siz və Eldəniz Quliyev? Axı talışlar arasında da kifayət qədər tanınmış ziyalılar var, niyə onlarla yox, məhz Eldəniz müəllimlə bu birliyi yaratmaq qərarına gəldiniz?

- Hilal müəllimin həbsindən sonra 6 ay mütəmadi olaraq Eldəniz müəllimlə görüşüb, Azərbaycan xalqının tərkib hissəsi olan, mənsub olduğum talış etnosunun milli varlığının sual altına düşməsi haqqında muzakirələr və söhbətlər edirdik. O mənə "nəyə görə sən öz xalqının milli-mədəni və mənəvi irsi ilə məşğul olmursan” sualını verəndən sonra dərhal bildirdi ki, əgər mənim də köməyimə ehtiyac olsa, mən hazır! Mən bir daha Eldəniz kimi bir Azəri Türkü ilə dostluq etdiyim üçün qürur duydum. Sözün düzü Eldəniz müəllimin bu təklifindən sonra biz, qəti qərara gəldik ki, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təsis edək.

- Sizi müxtəlif şəxslərlə əlaqələndirirlər, bəziləri sizi İran ilə, bəziləri Rusiya ilə, bəziləri Əlikram Hümmətovla, bəziləri isə hətta sizi "milyarderlər ittifaqı” ilə də əlaqələndirir, bəs həqiqətdə necədir? Birliyinizin arxasında kim və ya kimlər dayanır?

- Adam özünü tərifləməz, çünki bu ayıbdır, amma məni və Eldəniz müəllimi yaxından tanıyan insanlar yaxşı bilirlər ki, hər ikimiz necə azərbaycanlılarıq! Ona görə də bizi İrana, Turana və ya Rusiyaya bağlayan adamları dərindən öyrənmək lazımdır ki, görək onlar hansı əqidə sahibləridirlər? Əlikram Hümmətovla heç bir əlaqəmiz yoxdur. O ki, qaldı "Milyarderlər ittifaqı”nın üzvləri.... Şifahi hamısını tanıyıram, amma rəsmi heş bir tanışlığımız yoxdur və düşünürəm ki, onlar çox zəhmətkeş azərbaycanlılardır!

- Məramnamənizdə "separatçılığın əleyhinə” bənd də var, buna hansı zərurətdən getdiniz?

- Çox yaxşı ki, o bəndi ora salmışıq. Ona görə ki, bu gün Azərbaycanda suyu bulandırıb, orda balıq tutmaq istəyənlər çoxdur. Belə ki, ölkəmizın aboregen etnosların milli mənliyini təhqir edərək, bu yolla özlərinə siyasi dividentlər qazanmaq istəyən insanlar hələ də mövcuddur. Mən bu adamları ölkə daxilində əsl separatçılar sayıram. Onlar əsasən özlərini siyasi partiya rəhbərləri və jurnalist adlandıran bəzi maskalanmış ünsürlərdir, çox təəsüf ki, belələri iqtidarda da var. Mən ad çəkib onları yenidən gündəmə gətirmək istəmirəm. Onsuz da onlar son zamanlar barəmizdə kifayət qədər səviyyələrinə uyğun fikirlər səsləndirmişlər. Hesab edirəm ki, Azərbaycanın demokratiya istiqamətində bu gün ən məkrli əngəllikləri məhz o adamlar yaradırlar.

- Aldığımız məlumatlara görə hər ikinizə, həm sizə, həm də Eldəniz müəllimə bu və ya digər formada təzyiqlər edilir, bu barədə açıqlama verə bilərsinizmi?

- Mənə hələlik elə bir təzyiq olunmayıb, sadəcə Lerik RPİ və MTN Lerik şöbəsi tərəfindən bütün nəslimin siyahısı tutulub. Kənd İcra Nümayəndəsi bu barədə dəfələrlə valideynlərimi və başqa qohumlarımı narahat etmişdir. Eldəniz müəllimin isə maşınını arxadan vurmuşdular. Bunu sıradan bir olay sayan Eldəniz müəllimə ertəsi gün gizli nömrə ilə zəng edib, "bu sizə balaca bir xəbərdarlıqdır” deyiblər. Ən əsası isə barəmizdə birtərəfli qaydada özlərini neytral sayan mətbuatda olmazın nalayiq fikirlər yazırlar. Bizim mövqeyimizi isə dərc etməkdən imtina edirlər. Bu dirijor çubuğu haradan idarə olunur, hələ ki, bilinmir.

- Bu cür təzyiqlər ən ağır formalı təzyiqlərdən biri sayılır, siz sonunacan getməkdə israrlısınız?

- ADN DTB-ni yaratmaqda məramımızın və niyyətimizin saf olduğuna inandığımız üçün edilə biləcək hər hansı təzyiq bizi yolumuzdan döndərə bilməz. Düz dayandığımız üçün kölgəmizin əyriliyindən qorxmuruq.

- Dörd rayonda özəyiniz var, bu rayonların siyahısını artırmaq fikriniz varmı?

- Artıq dörd yox, altı rayonda nümayəndəliyimiz fəaliyyət göstərir. Fikrimiz var ki, gələcəkdə bu nümayəndəliklərin sayını artıraq. Düzdür, bu işləri görmək üçün çoxlu maneələrlə üzləşirik, ancaq Azərbaycanın sabahını düşünən dəyərli insanların köməkliyi ilə bütün bu maneələri aşmaq əzmindəyik və buna nail də olacağıq. Bütün bunlara rəğmən bildirmək istəyirəm ki, məramnaməmizdə qeyd etdiyimiz, görülməli olan bütün bu işləri əslində Azərbaycan dövləti görməli, buna şərait yaratmalıdir, çünki bu talışların, eləcə də hər bir vətəndaşın Konstitusiyada təsbit edilmiş hüquqlarıdır. Əgər hər hansı vicdanlı vətəndaş cavabdeh məmurlarımızın, yumşaq desək. səhlənkarlıqları ucbatından etnoslarımızın milli-mədəni və mənəvi irslərinin inkişafında maneələri aradan götürməyə səy göstərirsə, bunun nəyi pisdir? Əksinə, belə qeyrətli ziyalıları alqışlamaq lazımdır. Bu günkü reallıqlarımızda biz çox neqativ bir mənzərənin şahidi oluruq. Təəssüf!
Ünvanımıza istər bir qrup iqtidaryönümlü deputatların, istərsə də başqa neqativ fikirli insanların söylədikləri ədalətsiz, qeyri-obyektiv fikirlərdən qətiyyən ruhdan düşmürük. Çalışırıq ki, bu cür düşüncələrə fəlsəfi və demokratik dəyərlərlə yanaşaq. Düşünürük ki, qarşı tərəfin fikirləri onların şəxsı fikirləridir. Bizi təhqir edərək, xarici ölkələrlə bağlayanlara isə "öz vicdanınıza rəğmən bizi ölçməyin” deyirik. Biz qəti surətdə əminik ki, gec-tez doğma vətənimiz Azərbaycan insan azadlığı ilə bağlı bütün dəyərlərə sahib olacaqdır. Bütün enerjimizi və təcrübəmizi demokratik Azərbaycanın inkişafına həsr edəcəyik.

- Ədliyyə Nazirliyindən qeydiyyatla bağlı sorğunuza hansı cavabı almısız?


- Qeydiyyat üçün ayrılan 30 iş gününü hələ başa çatmayıb.

- Müdafiənizə bir sıra tanınmış, xalq arasında sevilən simalar qalxıb, sizi tənqid edənlər isə xalq arasında elə də sevilməyən şəxslərdir, bu sizin təşkilatın tanınması üçün piar rolunu oynamır ki?

- Çox sevinirəm ki, ADN DTB-nin Məramnaməsi ilə tanış olan siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün mütərəqqi fikirli qüvvələri bizi dəstəklədi. Bu bir daha göstərdi ki, cəmiyyətimizin demokratikləşməsi istiqamətində düz yoldayıq.
Bizi dəstəkləməyənlər isə ölkəmizdə heç bir siyasi-içtimai nüfuzu olmayan, demokratiya yönümündə vətənimizə başlıca əngəllər yaradan bir neçə köhnə stereotiplərdir. Onlar da öz səhvlərini gec-tez başa düşərlər. Qaldı ki, onların Birliyimizi tənqid atəşinə tutmalarına? Vallah, onların bizi tənqid etməsi bir daha göstərir ki, düz yoldayıq.

"Tolışon Sədo” qəzeti N:35 (47)
08 dekabr 2012


Категория: Müsahibə | Просмотров: 2903 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus