Aləm dəyib biri-birinə, nə var-nə var Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyi adlı qurum özünün fəaliyyətə başlamasını bəyan edib, iqtidara xoş görsənmək istəyən "vətənşüvənlər” olaydan dərhal, deyərdim ki, dəqiqələr sonra doluşdular mediaya ki, "ay haray, qoymayın, üstümüzə talış separatçıları gəlir”. Mövzunun aktuallığını nəzərə alıb "talış birliyinin” təsisçilərindən biri olan Mehdibəy Səfərovla əlaqə saxladıq, ona bizi düşündürən bəzi suallarımızı verdik. Bu günkü müsahibimiz yeni yaradılmış Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin təsisçisi Mehdibəy Səfərovdur.
- Mehdibəy müəllim, xoş gördük.
- Çox sağ olun. Mən də öz növbəmdə qəzetin oxucularını salamlayıram