ƏssalamunƏleykum, ey Adəm övladları! Həmişəki kimi, yenə salamımı almadınız. Mən onsuz da öyrəncəliyəm, siz insanların xislətini yaxşı bilirəm. Paxıllıq, riyakarlıq, yaltaqlıq, məd- dahlıq,...bütün xoşagəlməz xasiyyətlər sizdə cəmləşib.
Mənim sizdən fərqim ondadır ki, siz insanlara fərq qoymadan, hər kəsi sancıram!
Çoxdan idi ki, sizə tərəf gəlmirdim. İstədim ki, heç kəsə baş qoşmayım...
Görürəm ki, vəziyyət heç də ürəkaçan deyil. Bəzi insanlar var ki, yaxşıca maskalanıb, QAŞINMAYAN YERDƏN, QAN ÇIXARTMAQ İSTƏYİRLƏR....
Belələrini sancmasam, Nazpəri demişkən: "Göydə mələklər də qınayar bizi". Ay canınıza daraşım! Öncə tia.az. TALIŞLARA hürdü, cavabın da aldı.
Sonra, MİLLİ kimliyi bəlli olmayan, hərbi xidmətdən yayınan,...Vüqar bəyturan (?) adlı birisi,... o da ifşa olundu.
İndi də pia.az. peyda olub, TALIŞLARA hürür. Belə yerdə deyərlər: "Ə, bunların qeyrəti varsa, ermənidən torpaqların alsınlar, gedib orduda xidmət etsinlər. TALIŞLARIN məzlum balalarının döyüş bölgəsindən hər gün tabutu gəlir. TƏŞƏKKÜR, QARDAŞLIQ, DOSTLUQ,... əvəzinə təhqirlər eşidirik bu zatı qırıqlardan. TALIŞLAR nə etməlidir ki, bu "zat"lar havaya hürməsinlər? O düşük xəstələrə bu karikaruranı hədiyyə edirəm. Qoy papaqları varsa, qoysunlar qarşısına, yaxşı-yaxşı fikirləşsinlər. Qarabağ problemi hələ həll olunmayıb!
Bəylər, sizin murdar əməlləriniz Azərbaycanın varlığına xələl gətirə bilər!
Unutmayın, bir vedrə suya bir damcı neft düşəndə, onu içmək olmur!!!
Ditdili bəy
Karikaturalar arxivinə baxmaq üçün bura daxil ol
|