Həmişəki kimi, yenə salamımı almadınız. Mən onsuz da öyrəncəliyəm, siz insanların xislətini yaxşı bilirəm. Paxıllıq, riyakarlıq, yaltaqlıq, məd- dahlıq,...bütün xoşagəlməz xasiyyətlər sizdə cəmləşib.
Mənim sizdən fərqim ondadır ki, siz insanlara fərq qoymadan, hər kəsi sancıram!
Azərbaycan iqtidarı son dövrdə təlaş içindədir. Analitiklər Ərəb baharının Azərbaycana yaxınlaşmasını proqnozlaşdırır. Azərbaycanın təbii sərvətlərindən gələn gəlirlərin mənimsənilməsi hesabına təpədən-dırnağa qədər harınlaşmış İlham Əliyev başda olmaqla iqtidar mənsubları vəziyyətdən çıxış yolu arayır. Rejim MTN, DİN, prokurorluq, ordu, ədliyyə, habelə büdcədən maliyələşən orqanlar vasitəsilə Azərbaycan xalqı üzərində total nəzarətini son həddə qədər gücləndirib. İqtidar mənsubları ölkə daxilində saxladığı analitik proqnoz verənlərlə kifayətlənməyərək, situasiyaya nəzarət etmək üçün xaricdən belə insanları dəvət edir.
Məmləkət sosial partlayış həddindədir. Rejim jurnalistləri qondarma ittihamla həbs edir, ölkədə söz, birləşmək, kütləvi
... Читать дальше »