Главная » 2014»Январь»2 » Çarizmin siyasətini Azərbaycan uğurla həyata keçirir...
22:05
Çarizmin siyasətini Azərbaycan uğurla həyata keçirir...
Gürcüstanda əyalətlərin birində polis rəisi işləmiş, ordakı qanunsuz əməllərinə görə Qafqazın baş komandanı A.P.Yermolovun tapşırığı ilə yerini Talışa dəyişdirilmiş Mayor İlinski haqqında yəqinki çoxlarımız eşitmişik. Mayor İlinski Talışa Xəzər dənizi hərbi alaylarının birinə rəis kimi gəlmişdi. Tiflisdən özü ilə 660 nəfər hərbiçi də gətirmişdi. Burada talançılıq üçün daha geniş imkanlar var idi. Bundan başqa o, əslində xüsusi tapşırığı yerinə yetirmək üçün burda idi. Ali baş komandan A.P.Yermolov 1824-cü ilin iyul ayının 2-də mayor İlinskiyə yazırdı: "Sizi Talışa göndərməkdə məqsədim vardır. Burada idarə işini ələ keçirmək, Mir Həsən xan üzərində nəzarəti artırmaq. Onun aradan qaldırılması üçün bəhanələr hazırlamaqdan ibarətdir. Bunun üçün yolu da deyirəm. Mir Həsən xana imkan yaratmaq lazımdır ki, arabir İrana getsin. İranla əlaaqə saxlamaqda təqsirkar bilinsin. Bundan başqa xanın çevrəsində narazılıq yaratmaq vacibdir"
ÇARİZMİN SİYASƏTİNİ SSRİ və İNDİ DƏ AZƏRBAYCAN İQTİDARI UĞURLA HƏYATA KEÇİRDİR...Bu siyasətin əsası sadədir: ÖZ MİLLİ MARAQLARI UĞRUNDA MÜBARİZƏ APARANLARI İRANLA ƏLAQƏLƏNDİRİB SIRADAN ÇIXARTMAQ...
Bunu ilk dəfə Mir Həsən xanla etdilər...Zülfüqar Əhmədzad məktubda oğluna yazırdı ki, MƏNİ TALIŞI AZƏRBAYCANDAN AYIRIB İRANA BİRLƏŞDİRMƏKDƏ İTTİHAM EDİRLƏR...Sonra bu ittiham Novruzəli Məmmədova daha sonra isə Hilal Məmmədova şamil edildi...Növbəti kimdir? Bizim Talış hərəkatında bəzi insanların digərini İRANLA ƏLAQƏLƏNDİRMƏSİ heç də təsadüfü deyil...