Gürcüstanda əyalətlərin birində polis rəisi işləmiş, ordakı qanunsuz əməllərinə görə Qafqazın baş komandanı A.P.Yermolovun tapşırığı ilə yerini Talışa dəyişdirilmiş Mayor İlinski haqqında yəqinki çoxlarımız eşitmişik. Mayor İlinski Talışa Xəzər dənizi hərbi alaylarının birinə rəis kimi gəlmişdi. Tiflisdən özü ilə 660 nəfər hərbiçi də gətirmişdi. Burada talançılıq üçün daha geniş imkanlar var idi. Bundan başqa o, əslində xüsusi tapşırığı yerinə yetirmək üçün burda idi. Ali baş komandan A.P.Yermolov 1824-cü ilin iyul ayının 2-də mayor İlinskiyə yazırdı: "Sizi Talışa göndərməkdə məqsədim vardır. Burada idarə işini ələ keçirmək, Mir Həsən xan üzərində nəzarəti artırmaq. Onun aradan qaldırılması üçün bəhanə
... Читать дальше »