Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Ноябрь » 17 » Bir yaşın mübarək, Azəri – Talış İctimai Birliyi!
20:59
Bir yaşın mübarək, Azəri – Talış İctimai Birliyi!
2012-ci ilin oktyabr ayının əvvəllərindən biz, Respublika Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və mən görüşüb çox ciddi bir məsələ müzakirə etdik. Fikirləşdik ki, vətənimizdə dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğu işinə öz töhfəmizi verməliyik. Nəhayət Azərbaycan Respublikasının aborigen etnoslarından biri olan Talış xalqının dilinin, mədəniyyətinin, adət-ənənələrinin və digər milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi üçün bir İctimai Birlik yaratmaq qərarına gəldik.

Azərbaycan Respublikasının vətəndaşları olaraq, mən - Səfərov Mehdibəy və Quliyev Eldəniz Konstitusiyanın 58-ci maddəsində təsbit olunmuş "Birləşmək hüququ”na istinad edərək, 14 noyabr 2012-ci il tarixində Azəri – Talış milli-mənəvi dəyərlər İctimai Birliyini (əvvəlki adı: "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi”) təsis edib, 17 noyabr 2012-ci il tarixdə isə, Dövlət qeydiyyatından keçmək üçün müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik.

Bu gün, düz bir il tamam olur ki, biz, Azəri – Talış İctimai Birliyi (ATİB) olaraq fəaliyyət göstəririk. Bu bir il ərzində dörd dəfə müraciət etməyimizə baxmayaraq, AR ƏN hər dəfə müxtəlif bəhanələr gətirərək, Birliyimizi Dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Hesab edirik ki, bununla bizim konstitusion fundamental hüquqlarımızı pozmuş və təəssüflər ki, bu qanunsuzluq günü bu gün də davam edir. Qanunun Aliliyini təmin etməli olan Dövlət qurumunun hər dəfə qanun pozuntusuna yol verməsi, ən azından başadüşülən deyildir.

Bəli, biz məhz məcburiyyət qarşısında qalaraq, ƏN tərəfindən pozulan hüquqlarımızı bərpa etmək məqsədilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etdik. Çox heyf ki, həmin Məhkəmə də, pozulmuş konstitusion hüquqlarımızı bərpa etmək əvəzinə, qeyr-obyektiv mövqe sərgiləyərək, ƏN-nin Birliyimizə qarşı etdiyi haqsızlıqları müdafiə etdi.

Hal-hazırda, ATİB təsisçiləri olaraq, ƏN tərəfindən pozulmuş "Birləşmək hüququmuzu” bərpa etmək məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Mütəmadi olaraq, Qanuna, ən əsası isə sağlam məntiqə zidd bəhanələr gətirən Ədliyyə Nazirliyi ilə sonu görünməyən məhkəmə çəkişmələrinə başlamışıq. Belə demək mümkünsə, parodoksal vəziyyət yaranıb – Məhkəmə Məhkəməyə verilib.

ATİB-nin bu bir il müddətində səmərəli və effektiv fəaliyyət göstərməsinə xırda-iri məmurlar hər vasitə ilə maneçiliklər törədilmişlər. Qeyri-qanuni olaraq, Dövlət qeydiyyatına alınmaması, yığıncaqların, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün muvafiq yerlərin verilməməməsi, eləcə də fəaliyyətə başlamasını elan edən kimi bir sıra Millət vəkilləri və yüksək çinli məmurlar tərəfindən KİV-də qərəzli şəkildə hücumlara məruz qalması Birliyimizin məhsuldar işləməsinə ciddi maneələr törətmişdir.

Xeyli götür-qoy etdikdən sonra biz, məsuliyyət hissini itirmiş məmurların Birliyimizin fəaliyyətinə yönəlik bütün bu maneçiliklərin, süründürməçiliklərin və şər-şəbədələrin hansı məqsədə xidmət etdiyini anladıq. Bu adamlar ölkə Konstitusiyasında təsbit olunmuş hüquqlarımızı mütəmadi və kobud şəkildə pozmaqla, bizi hövsələdən çıxartmaq, qəlbimizdə ölkə qanunlarına inamsızlıq toxumunu səpməklə separatçılıq meylləri oyatmağa ümid bəsləmişlər! Beləliklə, onlar öz məkrli texnologiyaları ilə bizlərin vasitəsilə "Bulanıq suda balıq tutmaq” sevdasındaymışlar...

Lakin, biz onların bu sayaq hiyləgər siyasətini vaxtında anladıq və onların heç bir pravokasiyalarına uymadıq. Biz, ötən bir il ərzində AR-nın dövlətçiliyini, bərabərhüquqlu, azad cəmiyyəti, milli rəmzləri, ərazi bütövlüyümüzü, Qanunları "ŞAH” tutaraq, dilimizin, dinimizin, mədəniyyətimizin, eləcə də digər mental dəyərlərimizin hifz olunması və təbliğiilə məşğul olduq, oluruq və bundan sonra da olacağıq!

ATİB ona qarşı edilən mənəvi-psixoloji təzyiqlərə, eləcə də üzləşdiyi maddi problemlərə baxmayaraq, fəaliyyətə başladığı bir il müddətində xeyli mühum işlər görmüş və bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir:

İstedadlı şair Əli Nasir barəsində "Haqqın şairi” video-disk çəkib tamaşaçılara təqdim etmişik;
29 dekabr 2012-ci il tarixdə " Yeni il - yeni arzular!” Bayram tədbiri;
19 yanvar 2013-cü il tarixdə "20 yanvar Şəhidlər gününün müstəqilliyimizdə rolu” dəyirmi masa ətrafında konfrans;
25 fevral 2013-cü il tarixdə "Xocalı soyqırımı”nın anım tədbiri;
19 mard 2013-ci il tarixdə "Novruz bayramı” möhtəşəm konset-ziyafəti;
15 aprel 2013-cü il tarixdə Talış şairləri Xanəli Tolış, Camal Lələzoə və Allahverdi Bayrami ilə oxucuların görüşü;
6 may 2013-cü il tarixdə "Talış ruhu” ədəbi bədii gecə;
7 iyun 2013-cü il tarixdə şair-ədəbiyyatşunas Allahverdi Bayraminin "Talış ədəbiyyatı müntəxəbatı” kitabının təqdimat mərasimi;
4 iyul 2013-cü il tarixdə tarixçilərin içtirakı ilə "İslamaqədərki Talış tarixi” barəsində disskusiya;
8 avqust 2013-cü il tarixdə dünya müsəlmanlarına həmrəylik nümayiş etdirərək, "Qüds günü” tədbiri və iftar süfrəsi. Mətbuat konfransı.
21 avqust 2013-cü il tarixdə 1937-ci illərdə repressiya olunmuş Böyük Talış şairi Zülfüqar Əhmədzadənin yaradıcılığında "Vətənpərvərlik ruhu” mövzusunda dəyirmi masa;

8 sentyabr 2013-cü il tarixdə şair Əli Nasirin Talış dilində yazıb yaradan cənc şairlərlə görüşü. Diskusiya.

Bütün bu tədbirlərlə yanaşı, ATİB özünün Gənclər Təşkilatını yaratmış və gənclərimiz arasında Azərbaycanımıza məhəbbət, onun dövlətçiliyinə sədaqət ruhunda maarifləndirmə ilə bağlı mütəmadi olaraq silsilə tədbirlər həyata keçirtmişdir. ATİB-nin prioritet məqsədlərindən biri də, ölkəmizdə milli-mənəvi, dini və əxlaqi dəyərlərə istinad edən azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyətinin qurulmasıdır.

Qarşıya çıxan bütün süni əngəllərə və obyektiv-subyektiv çətinliklərə baxmayaraq, bundan sonra da biz, bütün qüvvə və səylərimizi doğma vətənimiz Azərbaycanda demokratik və mənəvi dəyərlərin inkişafına, bərabərhüquqlu cəmiyyət quruculuğunun çiçəklənməsinə öz layiqli töhvələrimizi verəcəyik! Eləcə də, ölkəmizin qoşulduğu Beynəlxalq konvensiyalarda, imzaladığı xartiyalar və öhtəçiliklərdə, habelə Dövlət Konstitusiyasında təsbit olunmuş milli özünüifadə hüquqlarımızı qoruyub hifz edəcəyik! Buna, sadəcə, alternativ görmürük!

Bu gün bizim 1 yaşımız tamam olur və mən istəyirəm ki, biləsiniz: biz bu bir yaşa düz min ildir ki, yol gəlirik.
Min yaşlı 1 il ömrün mübarək, Azəri – Talış Birliyi!

Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri 

Категория: Талыш xəbərləri | Просмотров: 1679 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus