2012-ci ilin oktyabr ayının əvvəllərindən biz, Respublika Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və mən görüşüb çox ciddi bir məsələ müzakirə etdik. Fikirləşdik ki, vətənimizdə dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğu işinə öz töhfəmizi verməliyik. Nəhayət Azərbaycan Respublikasının aborigen etnoslarından biri olan Talış xalqının dilinin, mədəniyyətinin, adət-ənənələrinin və digər milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi üçün bir İctimai Birlik yaratmaq qərarına gəldik.