Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Апрель » 26 » Bəlləbur - Azərbaycan tarixinin möhtəşəm abidəsi
22:13
Bəlləbur - Azərbaycan tarixinin möhtəşəm abidəsi
Lankon (Lənkəran) şəhərindən 10 km cənub-qərbdə Bəlləbur kəndi ərazisində Bəlləbur dağı adı ilə tanınan, sıx meşəliklə örtülmüş yuvarlaq yüksəklik var. Sahəsi təqribən 10-12 hektar ərazini əhatə edir, zirvəsi ətraf ərazilərə hakimlik edir. Cənub tərəfdən çay yatağı ilə sərhədlənir. Şimal tərəfdən isə meşəyə birləşir. Qərb və şərq tərəfləri düzənliklərdir.

Yerli əhali arasında "Bəlləbur qalası” adı ilə tanınan həmin dağ haqqında müxtəlif tarixi məlumatlar və rəvayətlər mövcuddur, onların da bəziləri müxtəlif yazılı mənbələrdə də yer almışdır.

1869-cu ildə S. Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lankonun bir yaşayış məntəqəsi kimi Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir və qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqlarının olduğu göstərilir. O, öz əsərində Bəlləbur qalasını belə təsvir etmişdir: «Lankon çayından ayrılan qolun kənarındakı dağın üstündə, həmin çayın yarım ağaclığında kərpicdən və daşdan tikilmiş uzun və qalın bir divar vardır. İndi həmin yeri böyük meşə, divarların üstünü isə meşə bitkiləri örtmüşdür. Meşə içərisində divarın hasarının izləri qalmışdır. Bu hasar çox böyük olduğundan dağa oxşayır. Hasarın arasında darvazaya oxşar yol vardır. O yerin vəziyyətindən məlum olur ki, Bəlləbur qalası həmin hasarın içərisində bir qəsr imiş».

1926-cı ildə Azərbaycan arxeoloqu İsa Əzimbəyov «Azərbaycan arxeoloji komitəsinin xəbərləri» jurnalının ikinci buraxılışında dərc etdirdiyi «Drevnosti Lenkoranskoqo kraya» məqaləsində yazır: «Bəlləbur qalası dağın zirvəsində yerləşir. Qalanın ən yüksək hissəsində üç dairəli divarda otaqlar yerləşdirilmişdir. Birinci dairənin divarında ağ daşdan yonulmuş qoç fiquru vardır. İkinci dairənin divarında relyef formasında kaman, ox, siyirmə qılınc, xəncər şəkilləri çəkilmişdir. Yuxarı dairənin sonunda dağıdılmış otaq, divarlarda gipsdən düzəldilmiş quş və gül-çiçək fiqurları diqqəti cəlb edir. Bundan başqa orada əlavə otaqlar da vardır. Onlar tünd qırmızı və açıq-qırmızı kərpicdən tikilmişdir. Qalanın tapıntıları orta əsr şirli saxsı məmulatı, mis və qızıl Bizans numizmatikasından ibarətdir». Arxeoloq yazır ki, hətta mən özüm də orada qədim Bizans pulları tapdım.

XIX əsrin axırlarından müxtəlif yazılar, rəvayətlər və şaiyələrin yayılması səbəbindən Bəlləbur qalasına maraq artır. Bunun nəticəsində elmi araşdırmalardan çox burada qazanc əldə etmək məqsədi ilə "qızılaxtaranlar”ın fəaliyyətləri geniş yer alır. Bunların nəticəsində Bəlləburda vaxtı ilə müşahidə olunmuş tikililər dağıdılmışdır.

Arxeoloq Hətəm Kəsəmənli göstərmişdir ki, 1967-ci ildə, Bəlləbur dağının (qalasının) ətəyidən təxminən 100 metr şərqdə, düzən sahədə su kanalı üçün dərin xəndək qazılmışdır. Qazıntı zamanı mədəni, yəni insanların yaşayıb-yaratdığı təbəqə aşkar edilmişdir. Təbəqədən aşkar edilmiş müxtəlif maddi mədəniyyət nümunələri, o cümlədən tunc və dəmir silahlar, at əsləhəsi, həmin yerdə son tunc–erkən dəmir dövründə yaşayış yerinin olduğunu göstərmişdir. Təbəqənin 1,5–2 m qalınlığında olması yaşayış yerinin boyük olduğunu və burada həmin zaman intensiv həyatın cərəyan etdiyini göstərir.

Yaşayış yerinin şərqində, yerli əhalinin Sığun adlandırdığı geniş sahədə yaşayış yeri ilə yaşıd olan qəbiristanlıq yerləşir. Qəbirlər nəhəng qaya parçalarından qurulmuş müxtəlif ölçülü "daş qutu” tiplidir. XX əsrin 60-cı illərində burada tədqiqat aparmış arxeoloq Fərman Mahmudov 200-dən artıq daş qutunun olduğunu göstərmişdir. Hal-hazırda qəbiristanlıq sahəsinin böyük hissəsi sakinlərə həyət yeri kimi paylanılıb. Yalnız kiçik bir hissə dövlət tərəfindən abidə kimi mühafizə edilir.

Azərbaycanın Cənub-Şərq regionunda külli miqdarda tarix elmində "Talış-Müğan mədəniyyəti” adı ilə tanınan abidələr var. Onların tədqiqi 100 ildən artıqdır ki, aparılır. Bu müddət ərzində həmin abidələrin yayılması Talış dağlarının Muğan və Lankon düzlərini əhatə etdiyi müəyyənləşmişdir. Son tünc – erkən dəmir dövrünü, yəni miladdan öncə II minilliyin ikinci yarısı – I minilliyin birinci yarısı (m.ö.1400-500 illər), yaxud başqa sözlə günümüzdən 3400 – 2500 il əvvələ aid olan bu mədəniyyətin daşıyıcıları, yaşadıqları dövrün yüksək inkişaf etmiş mədəniyyətinə malik olmuşlar. Onlar Yaxın Şərqin böyük dövlətləri ilə qonşu olaraq onlarla müxtəlif mədəni, iqtisadi, siyasi və hərbi əlaqələrdə olmuşlar. Bütün bunlar günümüzə qədər gəlib çatmış qəbir abidələrdə əks edilmişdir.

Dövrün hərbi münaqişələrlə zəngin olması, qonşuluqda mövcud olan dövlət və tayfa birliklərinin ərazilərində inşa edilmiş çoxsaylı qala və qalaçalar günümüzə qədər gəlib çatmışdır. Lakin uzun illərdən bəri tədqiq edilsə də, Talış-Muğan mədəniyyətinin daşıyıcıları yalnız külli miqdarda qəbir abidələrlə tanınır. Yaşayış yerləri isə yox səviyyəsindədir. Qəbirlərdə çoxsaylı müxtəlif növ silahların olması onların daima hərbi münaqişələrdə olmasını göstərir. Lakin onlara məxsus müdafiə tikililəri, qala və qalaçalar hələ də elmə məlum deyil.

Son tunc – erkən dəmir dövrü Qafqaz və bir çox qonşu regionlarda yaylaq-qışlaq maldarlığının geniş inkişaf etmiş dövrüdür. Hərbi demokratiya əsasında birləşmiş güclü tayfa birlikləri müəyyən ərazilərə nəzarət edir, həmin ərazilərdə yayı yaylaqlarda, qışı qışlaqlarda keçirərək daim hərəkət edirdilər. Ərazi və siyasi-iqtisadi vahidliyi onları formalaşmış etnik birliklərin yaranmasına, dövlətçilik astanasına gətirir.

Deyilənləri nəzərə alaraq biz Talış-Muğan mədəniyyəti məsələlərini yenidən araşdırdıq, yazılı mənbələri yenidən nəzərdən keçirdik, Bəlləbur dağında müxtəlif müşahidələr apardıq və aşağıdakı nəticələrə gəldik.

Bəlləbur dagının tarixi əhəmiyyəti bölgənin aranla dağ hissələrinin birləşdiyi, hərbi-strateji və iqtisadi cəhətdən çox əlverişli yerdə yerləşməşindədir. Bizi maraqlandıran məsələlərdən biri Azərbaycanın Cənub-Şərq bölgəsində dağ-aran və dağətəyi boyu əsas hərəkət yollarından birinin bu gün olduğu kimi keçmişdə də məhz Bəlləburdan keçməsidir. Odur ki, məhz burada tariximizin son tunc-ilk dəmir dövründə bu reqiona sahib Talış-Muğan mədəniyyətinin daşıyıcıları olan tayfalar dağdan arana keçiddə özlərinin düyün nöqtəsini, siyasi və iqtisadi mərkəzlərini, qala-şəhərlərini yaratmışlar. Möhtəşəm qalanın ətəyində, ona sığınan mühafizəsiz yaşayış sahəsi və qəbiristanlığın olması da buna işarədir.

Qalanı yaratmaqdan ötru dağın döşü aşağıdan yuxarıya doğru biri digərini əvəz edən bir neçə çay daşından qurulmuş istehkam sədlərlə əhatələnmişdir. Hal-hazırda istehkamlar üstünü meşə basmış daş köbərlər şəklində yaxşı müşahidə olunur. İlkin müşahidələrə əsasən dağa şimaldan birləşən uzunsov hündürlük də istehkamla möhkəmləndirilmişdir.

Qalanın bu gün də bir neçə yerində bişmiş kərpicdən hörülmüş divar parçaları mövcuddur. Kərpiclərin ölçüləri və inşaat texnologiyası həmin divarların daş istehkamlardan çox-çox sonralar, orta əsrlərdə inşa edilməsini göstərir.

Beləliklə, Bəlləbur qalası bu günə qədər ədəbiyyatlarda yazılmış və xalq arasında qəbul olunmuş orta əsrlər dövründə deyil, ondan 1500-2000 il qabaq əcdadlarımız tərəfindən qurulmuş və hal-hazırda Azərbaycanın qədim tarixini öyrənməkdən ötrü möhtəşəm abidədir.

Tufan İshaq oğlu Axundov,
Prof. Doktor;
Bəhmən Bəhrəm oğlu Kərimov
Prof. Doktor

dayaq.org

 
 

Категория: Голос Талыша | Просмотров: 2228 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus