Lankon (Lənkəran) şəhərindən 10 km cənub-qərbdə Bəlləbur kəndi ərazisində Bəlləbur dağı adı ilə tanınan, sıx meşəliklə örtülmüş yuvarlaq yüksəklik var. Sahəsi təqribən 10-12 hektar ərazini əhatə edir, zirvəsi ətraf ərazilərə hakimlik edir. Cənub tərəfdən çay yatağı ilə sərhədlənir. Şimal tərəfdən isə meşəyə birləşir. Qərb və şərq tərəfləri düzənliklərdir.
Yerli əhali arasında "Bəlləbur qalası” adı ilə tanınan həmin dağ haqqında müxtəlif tarixi məlumatlar və rəvayətlər mövcuddur, onların da bəziləri müxtəlif yazılı mənbələrdə də yer almışdır.
1869-cu ildə S. Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lankonun bir yaşayış məntəqə
... Читать дальше »