Главная » 2012»Июль»4 » Bahar Məmmədova: Polis narkotikanı özlərinin qoyduğunu etiraf edib
23:09
Bahar Məmmədova: Polis narkotikanı özlərinin qoyduğunu etiraf edib
Vəkil Ramiz Məmmədov "ObyektivTV” yə müsahibəsində "Talişi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilə bilməsini söyləyib.
R.Məmmədov H.Məmmədovun narkotika saxlaması haqda ittihamı əsassız sayıb, amma təcrübəyə isnadən məhkəmələrin heç nədən asılı olmadan müxalifətçilərə münaisibətdə sərt qərarlar çıxardığını xatırladıb.
Həqiqətdə isə H.Məmmədovu sonradan Rusiya müxalifətinin Vladimir Putinə ünvanladığı internetdə "Tı kto takoy? Davay do svidaniya” viedoçarxını
yerləşdirməyə görə həbs ediblər. Qisa müddətdə bu video çarxı milyonlarla internet istifadəçisi dinləyib.
Öz növbəsində H.Məmmədovun xanımı Bahar Muradova evlərində axtarış aparılan zaman polisin hərəkətindən şoka düşdüyünü söyləyib.
"Mülki geyimli 25 adam egə gəldi və sanksiya olmadan axtarışa başladılar. Qarışıqlıqdan istifadə edərək onun pencəyinin cibinə narkotika qoydular. Mənim ərim nə içmir, nə çəkmir, evdə oturub "Quran” oxuyur, ona görə də belə ittihamlar cəfəngiyyatdır. Mən soruşarkən H.Məmmədovun cibində narkotika haradandır , polislərdən biri "mükündür ki, biz qoymuşuq” deiyb”-deyə B.Məmmədova bildirib.
Vəkilin sözlərinə görə, iyunun 13-də H.Məmmədov Rusiyanın NTV telekanalının çəkiliş qrupu ilə birgə Astarada talış folklor gecəsində iştirak edib. Astara rayon icra hakimiyyəti tədbiri pozmaq istəsə də tədbir baş tutub. Həmin folklor gecəsində H.Məmmədov deyib ki, əgər Azərbaycan hakimiyyəti dünyada tanınmaq üçün milyonlar sərf edirsə, bir qəpik belə xərcləmədən ancaq Azərbaycan və talış folkloru haqda danışmaqla buna nail olub.
Vəkil H.Məmmədovun orqanimzində narkotik əlaməti olmasına dair indiyə kimi ekspertiza keçirilmədiyini nəzərə çatdırıb. Əgər istintaq müxalifətçinin cibində tapılan "nəyinsə” heroin olması haqda operativ məlumat veririsə niyə də H.Məmmədovun orqanizmi analiz olunmasın?
Xatırladaq ki, H.Məmmədov iyunun 21-də narkotiaka saxlamaq ittihamı ilə həbs edilib. Əgər hakim bu faktı etibarlı saysa müxalifətçini 12 ilə kimi həbs gözləyir.