"Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmdova qarşı dövlətə xəyanət ittihamı absurddur, deyə onun hüquqlarını müdafiə komitəsinin həmsədri Rafiq Cəlilov bildirib.
«Narkotik saxlamaq ittihamından sonra dövlətə xəyanət və milli ədavəti qızışdırma ittihamı absurddur», - deyə o bildirib. Cəlilov dövlətə xəyanət ittihamını rayon polisinin müstəntiqinin irəli sürməsindən təəccüb ifadə edir. Bu, MTN-in müstəsna hüququdur.
Onun sözlərinə görə, «narkotik işinin» istintaqı zamanı Bakının Nizami rayon Polis İdarəsinin müstəntiqi birdən müəyyən edib ki, Məmmədov «dövlətə xəyanət edib». Yəni «Rusiya və İranla əlaqələrdə olub».
«Bu, gülüncdür: ölkə vətəndaşlarının yarısının Rusiya və İranla əlaqəsi var», - deyə Cəlilov bildirib. <
... Читать дальше »
Vəkil Ramiz Məmmədov "ObyektivTV” yə müsahibəsində "Talişi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilə bilməsini söyləyib.
R.Məmmədov H.Məmmədovun narkotika saxlaması haqda ittihamı əsassız sayıb, amma təcrübəyə isnadən məhkəmələrin heç nədən asılı olmadan müxalifətçilərə münaisibətdə sərt qərarlar çıxardığını xatırladıb.
Həqiqətdə isə H.Məmmədovu sonradan Rusiya müxalifətinin Vladimir Putinə ünvanladığı internetdə "Tı kto takoy? Davay do svidaniya” viedoçarxını
yerləşdirməyə görə həbs ediblər. Qisa müddətdə bu video çarxı milyonlarla internet istifadəçisi dinləyib.
Öz növbəsində H.Məmmədovun xanımı Bahar Muradova evlərində axtarış aparılan zaman polisin hərəkətindən şoka düşdüyünü söyləyib.
... Читать дальше »
21 iyun 2012-ci ildə saxta narkotik ittihamı ilə həbs olunan hüquq müdafiçəsi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı iyulun 3-də yeni qondarma ittihamlar elan olunub.
Hüquq müdafiəçisi indi həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətə) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması etnik ayrı-seçkilik) maddələri ilə ittiham olunur.
Saxta narkotik ittihamı ilə hüquq müdafiəçisini şərləyib həbs etmək inandırıcı olmadığından Azərbaycandakı rejim növbəti saxta ittihamlara əl qoymuşdur. Bu gün bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun saytında məlumat gedib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin mə
... Читать дальше »