Главная » 2012»Апрель»25 » Mətbuat Azadlığı İndeksi: İlham Əliyev mətbuatdan qisas alır
20:44
Mətbuat Azadlığı İndeksi: İlham Əliyev mətbuatdan qisas alır
"Sərhədsiz reportyorlar” bu gün dünyada mətbuat azadlığı sahəsində vəziyyəti əks etdirən illik Mətbuat Azadlığı İndeksini yayımlayıb. Ən azad mətbuat Finlandiyada, ən qeyri-azad mətbuat isə Eritreyadadır.
Bu il İndeksə 179 ölkə daxil edilib. Azərbaycan azadlıq səviyyəsinə görə son yerlərdən birini – 162-ci yeri tutub və ötən illə müqayisədə 10 bənd geriləyib.
Ötən il Azərbaycan müxalifətin demokratik hərəkatına qarşı güclü repressiya cəhdləri ilə səciyyələnib. İlham Əliyev, Belarusda Aleksandr Lukaşenko kimi, hakimiyyəti tənqid etdiyinə görə mətbuatdan qisas alıb.
Bakı və Minsk eyni metodlardan istifadə edir: jurnalistlər və blogerlər saxlanılır və azadlıqdan məhrum edilir. Müstəqil mətbuata təzyiqlər artır, xarici jurnalistlər ölkədən deportasiya olunmaqla hədələnir.
Bakı sosial şəbəkələrə nəzarətə ciddi diqqət yetirib və online rejimdə etirazını bildirən İnternet istifadəçilərini həbsə atır.
Müxalif jurnalistlərin döyülməsi, həbsi, fiziki hədələr və hücumlar – zorakılıq ölkəyə qayıdıb, son beş ildə ilk dəfə jurnalist qətlə yetirilib, deyə hesabatda qeyd edilib. Bu il Azərbaycan müxalifəti Özbəkistan hakimiyyətindən (157-ci yer) daha betər olub.
Azərbaycanın qonşularına gəlincə, Gürcüstan 104-cü, Ermənistan 77-ci yeri tutub və mətbuat azadlığına görə Cənubi Qafqazda lider olub. Lakin Ermənistan bu gün həqiqətən 3 il əvvəl olduğu yerdədir. KİV daimi hüquqi təqib obyektidir və vurulan ziyanın miqyası dövlətdə qorxu atmosferinə şərait yaradır.
Digər qonşulardan Türkiyə 148-ci, Rusiya 142-ci yeri tutub.
İndeksin tərtib edilməsi meyarlarına və metodlarına gəlincə, o, əsasən jurnalistlərin və KİV-in təqib faktları, ölkə qanunvericiliyi və hökumətin siyasəti əsasında formalaşdırılır.