"Sərhədsiz reportyorlar” bu gün dünyada mətbuat azadlığı sahəsində vəziyyəti əks etdirən illik Mətbuat Azadlığı İndeksini yayımlayıb. Ən azad mətbuat Finlandiyada, ən qeyri-azad mətbuat isə Eritreyadadır.
Bu il İndeksə 179 ölkə daxil edilib. Azərbaycan azadlıq səviyyəsinə görə son yerlərdən birini – 162-ci yeri tutub və ötən illə müqayisədə 10 bənd geriləyib.
Ötən il Azərbaycan müxalifətin demokratik hərəkatına qarşı güclü repressiya cəhdləri ilə səciyyələnib. İlham Əliyev, Belarusda Aleksandr Lukaşenko kimi, hakimiyyəti tənqid etdiyinə görə mətbuatdan qisas alıb.
Bakı və Minsk eyni metodlardan istifadə edir: jurnalistlər və blogerlər saxlanılır və azadlıqdan məhrum
... Читать дальше »