Azərbaycan hakimiyyətinin ən yüksək eşalonundan tapşırıq alan Azərbaycan Respublikası Baş Prokurorluğun istintaq qrupu Hilal Məmmədovun əleyhinə saxta subut toplamaq axtarişına çıxaraq, iki aydan çoxdur ki, Taliş regionunda adamların təqibi, onlara həqəd-qorxu gəlib şantaj etməklə məşğuldur.
Hilal Məmmədovla hər hansı formada tanışlığı olan (qonşularından tutmuş taksi sürücülərinə qədər) insanlar heç bir çağırış vərəqəsi təqdim edilmədən Lənkəran rayon prokurorluğuna çağırılır. Bu işlər Lənkəran rayon prokurorunun muavini Taleh Osmanov tərəfindən kordinasiya edilir. Vətəndaşlar qorxudulur, onlardan Hilal Məmmədovun əleyhinə ifadələr almağa səy göstərilir və
... Читать дальше »
Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya məsələləri üzrə departamentinin direktoru Gunnar Viqand Azərbaycanda həbs edilmiş hüquq müdafiəçisi Hilal Məmmədovun taleyindən narahatlığını bildirib.
"Məmmədovun vəziyyəti haqqında aldığım məruzələr həqiqətən bizi narahat edir. Bu vəziyyətdən aydındır ki, fundamental hüquqlar belə pozula bilər. Azərbaycanla insan hüquqları haqqında dialoqlarımızda bu məsələni qaldıra bilməyimiz üçün Bakıdakı nümayəndə heyətimizə bizə məlumat verməsi tapşırılıb”, deyə Viqandın hüquq müdafiəçisi Ataxan Əbilovun adına ünvanladığı məktubda bildirilir.
Viqand həmçinin bildirib ki, 29 avqust 2012-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin Hilal Məmmədovun istintaq təcridxanasında ona qarşı
... Читать дальше »