Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Май » 13 » Astaranın başçısı camaatı “tas”a oturdub
13:16
Astaranın başçısı camaatı “tas”a oturdub
Burada iki dəfə Heydər Əliyev Mərkəzi tikilib; 25 min manata 25 ağac alınıb; icra hakimiyyəti isə qum satır

Yenə Astaradan (Ostoro) yazırıq. Bu dəfə sondan başlamaq niyyətindəyik. Çünki rayonda olduğumuz müddətdə müsbət enerji ala biləcəyimiz bircə şeylə rastlaşdıq. O da Bakıya qayıdanda Astaranın ən ucuz kafesində yemək yeyən zaman pinəçi Əfi ilə söhbətimizdir. Onunla hər şeydən danışdıq. Hətta mövzunun istiqaməti əqidəyə qədər gəlib çıxdı. Bu zaman pinəçi əqidəyə belə bir tərif verdi - insan mənəviyyatının kənar təsirlərə uymayan ən ali nöqtəsi. Bəli, bunu biz Əfidən eşitdik. Pinəçi Əfidən...

İcra başçısı qum satışı ilə məşğuldur

Astaraya hansı marşrutla hərəkət etmişdiksə, elə də qayıtdıq - qatarla. Elə Dəmiryolu vağzalından başlayaq. Vağzalı rayonun mərkəzindən bir neçə kilometr ayırır. Ancaq elə bilirsən ki, on kilometrlərlə yol gedirsən. Yollar o qədər bərbaddır ki, gəl görəsən. Bizə bələdçilik edən, rayonun ən məşhur şəxslərindən olan Vaqif Əhmədli deyir ki, dövlət büdcəsindən ayrılan pullar ciblərə axıdılır: "Ona görə də yollar bu qədər rəzil gündədir. Icra başçısı yolları asfaltlaşdırmaq əvəzinə, dəniz kənarında olan qumları da satır. Anlamaq olmur, icra başçısı rayonu idarə etməyə gəlib, yoxsa alverə. Dənizin ətrafı istirahət zonasına yox, karxanaya bənzəyir”.

Rayon sakinləri aprelin sonlarında Biləsuvara icra başçısı təyin olunan Mahir Quliyevin əlindən rahatlıq tapdıqlarını deyirlər: "Ancaq biləsuvarlıların halına acıyırıq. Mahir Quliyevin vaxtında Astaraya rəhbərliyi o yox, sürücüsü edirdi. Hər yanda sürücünü görmək olardı. Indi Biləsuvardadır, yəqin orada da Mahir Quliyev icra başçısı vəzifəsinin öhdəsindən gələ bilmir”.

Astara camaatı yeni icra başçısından bir şey gözləmədiklərini dilə gətirdilər: "Yeni başçı Taleh Qaraşovun başı hələlik idarə, müəssisə rəhbərlərinə qarışıb. Məlumat gəzir ki, onların qarşısında ”tas" qoyub. Insanlar da çox əsəbiləşib. Heç bir ay olmaz ki, Mahir Quliyevə haqq ödəyiblər. Indi də təzəyə pul çatmalıdır. Əminik ki, idarə rəhbərləriylə məsələ həll olunandan sonra növbə sadə camaata çatacaq".

Ölkənin hər yerində olduğu kimi Astarada da işsizlik baş alıb gedir. Insanlar üçün cəmi iki iş yeri mövcuddur - Rusiya və Astara Gömrük Idarəsi. Birincisinə baş vuran insanlar ya vətənlərinə gec-gec qayıdırlar. Qazancları günəmuzd olduğu üçün ailələrinə o qədər də yardım edə bilmirlər. Ikincisi isə əsl gestapodur. Insanlar bir qarın çörək üçün ora - Irana üz tuturlar, "bizimkilər” onlara elə bir iş qururlar ki, getmələrinə peşman olurlar.

Deputatlarını görməyən astaralılar

Astarada Icra Hakimiyyətinin binası ilə üzbəüzdəki Heydər Əliyev Mərkəzi iki dəfə qurulub. Özü də sıfırdan. Bir dəfə tikiblər. Kimlərinsə xoşuna gəlməyib və yenidən tikməyi əmr ediblər. Bir sözlə, Astaraya ayrılan büdcə də bu cür tikinti işlərinə sərf edilir. Heydər Əliyev Mərkəzinin arxasında şam ağacları da basdırılıb. 25 ağacın hər birinə 1000 manat ödənilib. Beləliklə, bir mərkəzin, özü də arxasında o qədər də görünməyən yerdə əkilən ağaclara görə 25 min manat da büdcədən belə silinib.

Sosial yardımlar da sadə vətəndaşlara verilmir. Imkanı olan, xarici maşınla şəhərin bu başından o başına hərəkət edən şəxslər ünvanlı sosial yardım ala bilir, ancaq 3-4 körpəsi olan ailələr isə bundan məhrumdur. Hər kəsi bir cür yola salırlar. Kimi sınıq-salxaq maşını olması adıyla yola verilir, kimi adında bir-iki sot torpağın olması ilə əliboş qayıdır, kimi də ona çatacaq müavinətə görə dəyərindən çox pul tələb olunduğu üçün verə bilmir. Başqa ünvanlarda öncədən razılaşdırılmış əlli-əlliyə (bir ilə verilən sosial yardımın yarısını idarəyə qaytarmaq şərtiylə - R.D) prinsipi Astarada o qədər də keçərli deyil.

Astaralılar millət vəkillərindən xeyir görməyiblər. 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputat mandatı verilmiş Ziyafət Əsgərovu və 77 saylı Astara seçki dairəsindən mandat almış Aslan Cəfərovu görmək astaralılara nəsib olmayıb. Problemlərlə yerində tanış olması üçün sakinlər bir neçə dəfə A.Cəfərova sifariş göndəriblər, o da məntiqli cavab yollayıb: "Məni seçicilər deputat seçməyib ki, onlara da yardım edim. Məni kim təyin edibsə, ona da qulluq edirəm”.

Rayonun mərkəzində ancaq quruculuq işləri gedir. Yol kənarında olan binaların görünən tərəfi restavrasiya edilir. Qalan yerlərdə isə köhnə hamam, köhnə tas.

İlham Əliyevlə görüşə gətirilən narkoman imiş...


Bu yaxınlarda Ilham Əliyev Talışa (müəlliv burada  "cənub bölgəsi" ifadəsini işlədib - TALISH.ORG) səfər etmişdi. Masallıdan tutmuş Astaraya qədər hərəkət edən ölkə başçısının qarşısına öncədən öyrədilmiş adamlar çıxardıblar. Bahalı geyimləri ilə diqqəti cəlb edən xüsusi şəxslərin kimliyi sonradan bəlli olub. Sakinlərin fikrincə, işin ən pisi Astarada olub. Camaat Ilham Əliyevlə görüşmək istəsə də, onlara icazə verilməyib. Evlərindən çıxmaq belə mümkün olmayıb. Ölkə başçısı ilə görüşə bir qrup adam çıxardılıb ki, onların da vəsf eləməkdən başqa əllərindən heç nə gəlməyib. Bizimlə söhbət edən sakinlər deyirlər ki, Ilham Əliyevin "qəbulunda” olan şəxslər nə rayonun ziyalıları, nə də müəllim kontingenti olub: "Elə adamlar var idi ki, onların kim olduğunu bütün rayon camaatı bilir. Ilham Əliyevlə görüşən adamlardan biri iki il öncə narkotik üstündə həbs olunmuşdu”.

Həmin şəxsin adını bizə açıqlayan astaralıların sözlərinə görə, məmurlar ölkə başçısını hər yerdə biabır etmək üçün yarışa giriblər: "70 yaşlı Əsgər Zeynalov iki gün öncə narkotik üstündə həbs edilib, sonra buraxıblar. Adi vətəndaşlara icazə verilmirdisə, heç olmasa bir-iki ziyalı, müəllim görüşdə olardı. Daha Astarada heç kəsin qəbul etmədiyi insanları niyə efirə çıxardıb bizləri də rüsvay edirlər? Həmin adamları ölkə başçısına rayonun ağsaqqalı,  ictimai xadim kimi təqdim ediblər. Belə biabırçılıq dünyanın heç yerində yoxdur”.

***

Astaradan qayıdırıq. Rayon sakinləri ən böyük dərdlərini - işsizliyi tez-tez dilə gətirməkdən sanki zövq alırlar. Deyirlər ki, ölkədə işsizliyin tüğyan etməsi gəncləri narkomaniyaya sürükləyir.

Pinəçi Əfi necə də gözəl deyib - əqidə insan mənəviyyatının kənar təsirlərə uymayan ən ali nöqtəsidir...

Ramin DEKO,
Bakı-Astara-Bakı,
Azadlıq qəzeti


Категория: Талыш xəbərləri | Просмотров: 1893 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Caesaro  
1
A.Cəfərov: "Məni seçicilər deputat seçməyib ki, onlara da yardım edim. Məni kim təyin edibsə, ona da qulluq edirəm”

A.Cəfərova sifariş göndərənlər axmaqlıq ediblər axı. Bu deputatları prezident I. Əliyev "seçib" astaralılar yox, niyə başlarndan böyük qələt edib başqasının deputatına sifariş göndərirlər?

Jurnalist getsin uşaq başını aldatsın, prezident özü tapşırır ki, qabağına adam-filan çıxarmasınlar, çıxarandada oğraşları çıxarsınlar.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus