Burada iki dəfə Heydər Əliyev Mərkəzi tikilib; 25 min manata 25 ağac alınıb; icra hakimiyyəti isə qum satır
Yenə Astaradan (Ostoro) yazırıq. Bu dəfə sondan başlamaq niyyətindəyik. Çünki rayonda olduğumuz müddətdə müsbət enerji ala biləcəyimiz bircə şeylə rastlaşdıq. O da Bakıya qayıdanda Astaranın ən ucuz kafesində yemək yeyən zaman pinəçi Əfi ilə söhbətimizdir. Onunla hər şeydən danışdıq. Hətta mövzunun istiqaməti əqidəyə qədər gəlib çıxdı. Bu zaman pinəçi əqidəyə belə bir tərif verdi - insan mənəviyyatının kənar təsirlərə uymayan ən ali nöqtəsi. Bəli, bunu biz Əfidən eşitdik. Pinəçi Əfidən...
İcra başçısı qum satışı ilə məşğuldur
Astaraya hansı marşrutla hərəkət etmişdiksə, elə də qayıtdıq - qatarla.
... Читать дальше »