Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Май » 30 » Ana dili – xalqın ruhudur. Dil ölərsə, xalq ölər!
13:38
Ana dili – xalqın ruhudur. Dil ölərsə, xalq ölər!
Bir xalqın dininə həqarətlə yanaşılırsa, - bu, heç şübhəsiz ki, nə vaxtsa böyük bəlalarla nəticələnəcək! Bir xalqın mədəniyyətinə,  yaddaşına, mentalitetinə zərbə vurulursa, - bu olduqca qorxuludur! Əgər bir xalqın DİLİNƏ təcavüz olunursa, bu, artıq həm  təhlükəli, həm  qorxulu, üstəlik,  həm də böyük günahdır. 

Bu  "SOS”-dur! Yəni, xalqın həyəcan siqnalı çalmaqdan savayı özgə çarəsi qalmayıb və  artıq o, ölüm təhlükəsilə üzbəsurətdir! Deməli, xalqın bütün milli-mənəvi dəyərlər sistemi – dini də, tarixi, mədəniyyəti, mənəviyyatı, adət-ənənəsi, əxlaqı da, müvafiq olaraq mövcudluğu da məhv olmaqdadır!
   
1992-ci ildə Azərbaycan Respublikası Prezidenti ölkədə yaşayan milli azlıqlar, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı haqqında fərman imzaladı. Bu Fərmandan sonra azsaylı xalqların mədəniyyətlərinin və dillərinin inkişafı üçün işartılar göründü - milli-mənəvi infrastrukturaların təkamülü üçün qismən də olsa, şərait yaradıldı. Onların ana dilində qəzet və jurnallar dərc olunması, Mədəniyyət Mərkəzlərinin təşəkkül tapması, radio və televiziya verilişlərin efirə verilməsi, eləcə də hər bir xalqın doğma dilində dərsliklərin çapı və tədrisi həyata keçirildi. Hətta bununla bağlı  Prezident admnistrasiyasında xüsusi şöbə də yaradıldı. Hamı kimi biz də bütün bunlara çox sevindik. Çünki bu, sözün əsl mənasında demokratik bir addım idi.
   
Qarabağ torpaqları düşmən təcavüzünə məruz qalanda, biz talışlar azəri-türk qardaşlarımızla çiyin-çiyinə VƏTƏNİMİZİN müdafiəsinə qalxdıq. "Mənim-sənin” bilmədik – Bizimdir! - dedik. Şəhidlər verdik, məhrumiyyətlərə qatlaşdıq. Günü bu gün də Azərbaycanımız uğrunda heç "uf” demədən canımızdan keçməyə hazırıq. Və bu deyilənlər qətiyyən bəlağətli sözlər kimi qəbul olunmamalıdır. Bu, hər bir talış kökənli Azərbaycan vətəndaşının səmimi mövqeyidir. 
   
Etiraf etməliyik ki, Prezidentin məlum Fərmanından sonra, insafən bəzi işlər həqiqətən həyata keçirildi, o cümlədən talışların kompakt yaşadıqları rayonlarda ümumtəhsil məktəblərin ibtidai siniflərində Talış dili dərsləri tədris olundu, müvafiq dərsliklər çap edildi. Bunlar heç şübhəsiz ki, bizlərdə ruh yüksəkliyi yaratdı, demokratik dövlətçilik ənənələrinə ümidlərimiz artı. Amma sədd heyif, bu sevinc çox  çəkmədi. Pozitiv inkişaf  və mütərəqqi-demokratik fəaliyyət, başladığı kimi surətlə də tənəzzülə uğradı. Sanki fərman müəyyən dövr üçün verilmişdi və bu müddət bitən kimi, bundan irəli gələn məsələlərin icrası dalana dirəndi. Dərsliklərin çapı dayandırıldı və gözə görünməz dirijor çubuğunun sehrli hərəkətilə ana dilində dərs keçən  müəllimlərin sayı azaldı, qalanların isə əli-qolu yanına düşdü. Ruh yüksəkliyi ruh düşkünlüyü ilə əvəzləndi. Dərsliklər boynu bükük qərib insan kimi qalaq-qalaq anbarlara yığıldı. Vəssəlam! VAR dönüb, YOX oldu. 
   
Ancaq bütün bunlara baxmayaraq, bəzi fədakar müəllimlər 1992-ci ildən 2009-cu ilə qədər (azalan xətlə də olsa), bu dərsləri tədris eləməyə cəhd göstərdilər. Lakin hər şeyin bir əndazəsi olduğu kimi, fədakarlığın da həddi-hüdudu var.
  
2009-cu ildən başlayaraq bir çox məktəblərdə Talış dilində dərslər tamamilə dayandırıldı. Nəticədə, Təhsil Naziri tərəfindən 2012-ci il, 10 iyul, 10330 №-li əmrlə təstiqlənən 2012 – 2013-cü illər orta umumtəhsil məktəblərinin tədris proqramlarında Talış dili dərsləri ümumiyyətlə nəzərdə tutulmadı. Bu olduqca acı, acı olduğu qədər də ədalətsiz bir sonluqdur. Proqramda həftədə 2 saat ləzgi dilində və digər azsaylı xalqların dilində dərslər keçirilməsi qeyd olunsa da, əslində bu qərar formal xarakter daşıyır və ancaq kağız üzərində qeyd olunmaq üçün "lazımdır”. Yeri gəlmişkən, əvvəlki illərdən fərqli olaraq Təhsil Nazirliyi elə bu il olduqca dolaşıq, yəni daha çox mürəkkəb labirinti xatırladan bir tədris proqramı təsdiqləmişdir.
  
Talış dilinin tədrisi üçün dərs saatları həm nəzərdə tutulub, həm də tutulmayıb – lap tapmacadır. Kiçik, eyni zamanda tipik bir misal da göstərim: 1990-cı illərin əvvələrində 9-cu sinfin Azərbaycan tarixi kitabından əvvəl "Talışxanlığı” mövzusu səbəbsiz, yəni heç bir pedaqoji məntiqə əsaslanmadan  çıxarıldı. Etirazlar, narazılıq və haqlı tələblərdən sonra "Talış” sözü "Lənkəran” sözü ilə əvəzləndi. "Talış xanlığı” "Lənkəran xanlığı”na çevrildi. Təəssüf ki, bu sayaq absurd, bir çox hallarda isə qərəzli transformasiyalar haqda istənilən qədər misallar çəkmək olar. 
   
Subyektiv təsir bağışlamamaq üçün burada vacib bir məqama diqqət yetirməliyik ki, Azərbaycan Prezidentinin imzaladığı Fərmanın talışlara aid olan hissəsinin reallaşmamasının, daha dəqiqi ona əməl olunmamasının səbəbini təkcə Azərbaycan Hökuməti və Təhsil Nazirliyinin üstünə atmaq da düzgün yanaşma olmazdı. Mövcud durumun günahının böyük bir qismi öz doğma dilində yetərincə sərbəst danışa bilməyən, bu dildə danışmağı özünə ar bilən ziyalı görkəmli ziyanlı talışlardır. Doğma ana dilinə rişxənd edənlər, onu ikinci "sort” sayan psevdo-talışlar, birmənalı olaraq, "sapı özümüzdən olan baltalar” adlandırılmağa layiqdirlər. Bu xüsusda, dərs saalarının azalmasına göz yuman (bəzən, hətta buna sevinən!) bəzi təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və s. anlamalı, qanmalı və nəhayət dərk etməlidirlər ki, bu çox böyük təhlükədir.Bu sayaq bağışlanmaz naxələflikdən doğan fəlakət milli faciəmizin astanasıdır. 
   
Fəlakət "arxitektorları” kənardan olanda isə, vəziyyət lap acınacaqlı  görkəm alır. Təəssüf və səd heyif ki, DİLin tədricən unudulub öləziməsinə hesablanmış bu sayaq qüsurlu "eksperimentlər” təkcə tədris və dərslik problemlərinə münasibətlə bitmir. Bəlkə də çoxları bilmir, öz verilişlərini Lənkəranda yayımlayan Regional Televiziya kanalı nədənsə bir kəlmə də olsun talış dilində söz "danışmır”. Talış dilində bir dəqiqə də olsun hər hansı proqrama və ya veriliş efirə çıxmır. Tabu! Belə yanaşma nədən xəbər verir?! Bu artıq heç təəccüblü də deyil; bu məkrlə düşünülüb, ölçülüb-biçilmiş bir təcavüz siyasətidir. Bunun özgə adı varmı?
   
Yaxud özgə bir misal. Aylardı ki, azəri türklərini doğma qardaş sayaraq Azərbaycan Dövlətçiliyi, bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu naminə fəaliyyət göstərmək istəyən, milli maraqları, mənəvi, əxlaqi, dini dəyərləri uca tutub onu hifz etmək arzusunda olan Azəri – Talış İctimai Birliyinin Dövlət qeydiyyatına almırlar. Səbəbi bilirsiniz nədir? Birliyin adında göstərilən "Talış” kəlməsi (?!). 
   
Bu nonses deyilmi? Belə münasibət incikliyə, umu-küsüyə, nəticədə isə separatçılıq meyillərinə rəvac vermirmi?! Axı biz hamımız Azərbaycan vətəndaşıyıq və bizim də hüquqlarımız digər vətəndaşlar kimi, Azərbaycan Respublikasının Ana Yasasında ap-aydın şəkildə təsbit olunub. 
    
Göründüyü kimi, bu gün "SOS” çağırmaqdan, haray qoparmaqdan savayı özgə çarə yoxdur! Eheyy..! Kömək edin!.. Dilimiz yaşamasa ölümə məhkum olacağıq. Ölü-mə!.. Ay xalqım, ay canım-ciyərim! Ayıl, özünə, özünə qayıt! Qayıtmasan yanılacaqsan! Yanılıb... məhv olacaqsan!!!

Ulduz Həşimov, 
tarixçi müəllim,
Azəri - Talış İctimai Birliyinin İH üzvü


Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 2281 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus