Bir xalqın dininə həqarətlə yanaşılırsa, - bu, heç şübhəsiz ki, nə vaxtsa böyük bəlalarla nəticələnəcək! Bir xalqın mədəniyyətinə, yaddaşına, mentalitetinə zərbə vurulursa, - bu olduqca qorxuludur! Əgər bir xalqın DİLİNƏ təcavüz olunursa, bu, artıq həm təhlükəli, həm qorxulu, üstəlik, həm də böyük günahdır.
Bu "SOS”-dur! Yəni, xalqın həyəcan siqnalı çalmaqdan savayı özgə çarəsi qalmayıb və artıq o, ölüm təhlükəsilə üzbəsurətdir! Deməli, xalqın bütün milli-mənəvi dəyərlər sistemi – dini də, tarixi, mədəniyyəti, mənəviyyatı, adət-ənənəsi, əxlaqı da, müvafiq olaraq mövcudluğu da məhv olmaqdadır!