Yalan deyib imanımı yandıra bilmərəm, yəni oxuyacağınız bu hadisəni şəxsən özüm görməmişəm,- görənlərin dilindən eşitmişəm. Deyirlər ki, “Yeni Müsavat” qəzetinin kollektivi fasilə vaxtı redaksiyanın dəyirmi iclas stolunun üstünə cörək, pendir, göy-göyərti, bişmiş toyuq, kartof soyutması və sair Allah verən təamlardan düzüb, nahar etməyə hazırlaşırmışlar... Xanım yazarlardan biri dodaqaltı: “çəngəl-bıçaq, kəs-küs” deyə-deyə, çəngəl-bıçaqları yerbə yer eləyir, arada da müqavilə ilə yenicə işə götürdükləri digər həmkarına replika atır: <
... Читать дальше »