Şirvan Apelyasiya Məhkəməsi ilk instansiyanın yol verdiyi qanun pozuntularını aşkar edib, işi geri qaytardı;
vəkil Osman Kazımov: "Lənkəran məhkəməsinin hakimi Elçin Kazımov haqda qərar çıxarılmalı idi”
Martın 4-də Şirvan Şəhər Apelyasiya Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayətinə baxıldı. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinə ilkin baxış idi.