Dünən Kamal Abdulla ilə bağlı iki xəbər yayıldı. Daha doğrusu xəbər bir idi, amma iki başlı idi. Kamal müəllim rektor vəzifəsindən azad edilərək prezidentin müşaviri təyin edildi. Bu gedişin əsil səbəbləri naməlumdur. Biz ancaq mülahizələr söyləyə bilərik. Müşahidələrimə görə Kamal müəllim Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmayan bəlkə də yeganə rektor idi. O almırdı. Almırdısa, deməli nəyisə verməyi də mümkünsüz idi. Belə halda o, ümumi oyun qaydalarından qıraqda qalırdı və reimin qurduğu rüşvət piramidasında yamaq kimi görünürdü, piramidanın ümumi ahəngini pozurdu, istisna yaradırdı. Bunun isə acı nəticələri ola bilərdi. Ümumi oyun qaydalarından kənarda qalma tək simmetriyanı pozmur, həm də gəlirin gəlm
... Читать дальше »
«Əli Əliyev siyasətçidən daha çox sifarişlər icra edən şəxsə çevrilib»
Vətəndaş və Inkişaf Partiyası (VIP) "EL” Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevi xüsusi ittiham qaydasında məhkəməyə verməsi Azərbaycanda bir ilk oldu. Bununla ölkədə ilk dəfədir ki, bir siyasətçi digərini məhkəməyə verir. VIP iddia edir ki, Eldəniz Quliyev müxtəlif media orqanlarında partiya, Əli Əliyev və təşkilatın üzvlərinə qarşı işlətdiyi ifadələr cinayət məsuliyyəti yaradır.