Masallı rayonunun Türkoba kəndində fərdi yaşayış evində partlayış olub.
Hadisə fevralın 26-da saat 17.45 radələrində kənd sakini, 1967-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.
Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə güclü partlayış baş verib.
"Milli Şura rəhbərliyində seperatçılıq, bölücülük təbliğ edən insanlar var”
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov Moderator.az saytına açıqlamasında Milli Şuradan ayrılma səbəbləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Milli Şura rəhbərliyində təmsil olunan bəzi insanların xalqlar arasında nifaq toxumu səpdiyini vurğulayan M.Səfərov, C.Həsənlinin də ünvanına konkret ittihamlar səsləndirib:
Yanlış tərcümədən vaxtilə mərhum şərqşünas Səfər Şirinov da bəhs edibmiş
Əslən Ərdəbildən olan, hazırda Norveçdə yaşayan yazar Güntay Gəncalpın facebook səhifəsində Cənubi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarla bağlı yazdığı status maraq doğurub. Güntay Gəncalp iddia edib ki, Şəhriyarın fars dilində yazdığı, hazırda Azərbaycanda və İranda çox məşhur olan "Azərbaycan” şeirinin tərcüməsində yanlışlığa yol verilib. Sözlərinə musiqi də bəstələnmiş şeiri dilimizə tanınmış şair Fikrət Sadıq çevirib.