Bu yaxınlarda, Facebook səhifələrində özünü "Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri kimi təqdim edən Elman Eldaroğlu imzalı bir yazarın Azərbaycan Respublikasının Yardımlı rayonunun əhalisinə belə bir müraciətini oxudum; "əziz yardımlılar! Rayonumuzda adları fars mənşəli olan kənlərin adlarını dəyişək!..”
E.Eldaroğlunun bu müraciəti 1990-ci ildə Sabir Rüstəmxanlının ölkəmizin aborigen etnoslarından biri olan Talış xalqının qədim coğrafi adlarını, eləcə də tarixi toponimlərini təhrif etdiyi "Ömür kitabı” adlı cəfəngiyyatnaməsini yadıma saldı!